4 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Qeyri-rezident şəxsin göstərdiyi hüquq xidmətlərinə görə vergi necə tutulur?

Azərbaycan Respublikası rezidenti olan hüquqi şəxs xaricdəki məhkəmədə maraqlarını müdafiə etmək üçün qeyri-rezident hüquq firması ilə müqavilə bağlayıb xidmətlər aldığı halda bu cür xidmətlərə görə ödəmə mənbəyində vergi və ƏDV hesablanmalıdırmı?
 

Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 168.1.5-ci maddəsinə əsasən, məsləhət, hüquq, mühasibat, mühəndis və ya reklam xidmətlərinin, həmçinin məlumatların işlənilməsi üzrə xidmətlərin və digər analoji xidmətlərin göstərilməsi bilavasitə həmin xidmətlərin alıcısının yerləşdiyi və ya qeydiyyatda olduğu yerdə ƏDV-yə cəlb edilir. Buna əsasən qeyri-rezident şəxsin göstərdiyi hüquq xidmətlərinə görə ödənilən məbləğdən 18 faiz dərəcə ilə ƏDV hesablanıb dövlət büdcəsinə ödənilməlidir.

Eyni zamanda qeyri-rezidentin göstərdiyi hüquq xidmətlərinin tam dəyərindən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsinə ödənilməlidir.

Əsas: Vergi Məcəlləsinin 125-ci və 168-ci maddələri.

Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır? VergiFiziki şəxslərin əmlak vergisinə görə güzəştinin hesablanması