Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 168.1.5-ci maddəsinə əsasən, məsləhət, hüquq, mühasibat, mühəndis və ya reklam xidmətlərinin, həmçinin məlumatların işlənilməsi üzrə xidmətlərin və digər analoji xidmətlərin göstərilməsi bilavasitə həmin xidmətlərin alıcısının yerləşdiyi və ya qeydiyyatda olduğu yerdə ƏDV-yə cəlb edilir. Buna əsasən qeyri-rezident şəxsin göstərdiyi hüquq xidmətlərinə görə ödənilən məbləğdən 18 faiz dərəcə ilə ƏDV hesablanıb dövlət büdcəsinə ödənilməlidir.
Eyni zamanda qeyri-rezidentin göstərdiyi hüquq xidmətlərinin tam dəyərindən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsinə ödənilməlidir.
Əsas: Vergi Məcəlləsinin 125-ci və 168-ci maddələri.