4 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Hansı sənətkarlıq məmulatlarını hazırlayan şəxslər gəlir vergisindən azaddır?

Vergi Məcəlləsinin 102.1.12-ci maddəsində milli dəyərlərin təşviqinə görə bir sıra məmulatların hazırlanması ilə bağlı vergi güzəşti nəzərdə tutulub. Bu güzəşt YUNESKO tərəfindən qeyri-maddi mədəni irs üzrə reqrezentativlər siyahısına daxil edilmiş kəlağayının istehsalına da aiddirmi?

Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 102.1.12-ci maddəsinə əsasən, sənətkarlığın misgərlik, qalayçılıq və saxsı məmulatlarının, təsərrüfat müxəlləfatının, bağçılıq-bostançılıq alətlərinin, xalq musiqi alətlərinin, oyuncaqların, suvenirlərin, qamışdan və qarğıdan məişət əşyalarının düzəldilməsi, keramika məmulatlarının bədii işlənməsi, bədii tikmə, ağac materiallardan məişət alətlərinin hazırlanması sahəsində fəaliyyət göxstərən fiziki şəxslərin gəliri gəlir vergisindən azaddır.

Sorğuda göstərilən halda kəlağayı istehsalı fəaliyyətini həyata keçirən şəxslərin bu fəaliyyətdən əldə etdiyi gəlirlərinin vergidən azad edilməsi Vergi Məcəlləsində nəzərdə tutulmamışdır.

Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi.

Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır? VergiFiziki şəxslərin əmlak vergisinə görə güzəştinin hesablanması