19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Vergi cinayətləri ilə mübarizə sahəsində innovativ tədbirlər həyata keçiriləcək

Vergi cinayətləri ilə mübarizənin effektivliyinin artırılması və vergi cinayətlərinin qarşısının alınması dünya ölkələrinin vergi xidmətlərinin əsas fəaliyyət istiqamətlərindəndir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən “vergiler.az”a verilən məlumata görə, bu sahədə tədbirlərin səmərəliliyinin artırılması İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) da diqqət mərkəzindədir. Artıq OECD "Vergi cinayətləri ilə mübarizə - 10 əsas beynəlxalq prinsip" adlı metodologiya xarakterli sənəd qəbul edib. Sənǝd qeyd olunan prinsiplərin vergi cinayətləri ilə mübarizə sisteminin təkmilləşdirilməsi üçün hüquqi çərçivədə uğurlu təcrübələrin müəyyənləşdirilməsini, müvafiq sahədə proseslərin izlənilməsini, dəstək mexanizmləri üçün təlim və ya treninq ehtiyaclarının ödənilməsini nəzərdə tutur.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti həmin prinsiplərin milli təcrübədə tətbiqi imkanlarını araşdırır, həmçinin ölkəmizdə vergi cinayətləri ilə mübarizənin effektivliyinin artırılması, vergi hüquqpozmalarının yaranma səbəblərinin aradan qaldırılması yolunda yeni innovativ tədbirlərin həyata keçirilməsini planlaşdırır. Belə ki, vergi cinayətləri ilə mübarizə sahəsində "çəkindirmə" metodlarının ("naming and shaming") tətbiqi, "Shell" şirkətlərin yaranması ilə bağlı səbəblərin təhlil olunaraq risklərin müəyyən edilməsi, bununla bağlı hüquqi şəxslərin qeydiyyat prosedurlarının təkmilləşdirilməsi, vergidən yayınma cinayətlərini törədən vergi ödəyicilərinin faktiki rəhbərlərinin (benefisiarların) aşkarlanması, vergi cinayətləri ilə mübarizə sahəsində risk və təhdidlərin müəyyənləşdirilməsi nəzərdə tutulur. Dövlət Vergi Xidməti bu sahədə beynəlxalq əməkdaşlıq mexanizmlərinin təmin edilməsi və beynəlxalq təcrübə üzrə məlumat mübadiləsinin aparılmasını da həyata keçirəcək.

Qeyd edək ki, Dövlət Vergi Xidməti yaxın müddətdə "çəkindirmə" prosesi çərçivəsində bir sıra vergi cinayətləri üzrə əldə edilmiş nəticələri, bu sahədə aparılan cinayət işlərinin istintaqı barədə məlumatları ictimaiyyətin nəzərinə çatdıracaq.

VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu?