19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Təhsil müəssisələrinin mənfəətindən vergi tutulması

Vergi Məcəlləsinin 106.1.7-ci maddəsinin yeni redaksiyasında təhsil müəssisələrinin mənfəətinin (mənfəətin dividendlərin ödənilməsinə yönəldilən hissəsi istisna edilməklə) vergidən azad olunduğu göstərilir. Təhsil müəssisəsinin mənfəəti 80.000 manat olarsa və həmin məbləğin 64.000 manatı (xalis mənfəət) dividendlərin ödənilməsinə yönəldilərsə, bu halda müəssisə hansı məbləğdən (80.000 və ya 64.000) mənfəət vergisi hesablamalıdır?

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, təhsil müəssisələrinin, o cümlədən sağlamlıq imkanları məhdud şəxslərin təhsil alması üçün yaradılmış xüsusi təhsil müəssisələrinin mənfəəti vergidən azaddır (mənfəətin dividendlərin ödənilməsinə yönəldilən hissəsi istisna olmaqla). Buna əsasən, yuxarıda göstərilən halda mənfəət vergisi dividendə yönəldilən hissədən hesablanacaqdır.

Əsas: Vergi Məcəlləsi, 106.1.7-ci maddə

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?