12 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Vergi Məcəlləsinə dəyişikliklər: kiçik və orta sahibkarlığın inkişafına qayğı

Vergi Məcəlləsinə son dəyişikliklərdə mikrobiznes, kiçik və orta sahibkarlıq subyektləri üçün gəlir, mənfəət, əmlak, torpaq vergisi və əlavə dəyər vergisi (ƏDV) üzrə güzəştlər nəzərdə tutulub. Kiçik və orta biznes (KOB) klasterinə daxil olan şirkətlər KOB reyestrində qeydiy­yata alındıqları andan 7 il müddətinə mənfəət, torpaq və əmlak vergilərindən azad edilirlər. Həmin şirkətlərin istehsal və emal məqsədilə idxal etdikləri texnoloji avadanlıq və qurğular da 7 il müddətinə ƏDV-dən azad edilib. Bundan başqa, kiçik və orta biznes klasterinin iştirakçısı olan sahibkarlıq subyektləri tərəfindən KOB klaster şirkəti ilə bağlanmış müqavilə əsasında təqdim etdikləri maldan (işdən, xidmətdən) qazanılan gəlirin kapital xarakterli xərclərin çəkilməsinə yönəldilən hissəsi 7 il müddətinə gəlir (mənfəət) vergisindən azad edilir.

Vergi Məcəlləsinə son dəyişikliklərdə mikrobiznes, kiçik və orta sahibkarlıq subyektləri üçün gəlir, mənfəət, əmlak, torpaq vergisi və əlavə dəyər vergisi (ƏDV) üzrə güzəştlər nəzərdə tutulub. Kiçik və orta biznes (KOB) klasterinə daxil olan şirkətlər KOB reyestrində qeydiy­yata alındıqları andan 7 il müddətinə mənfəət, torpaq və əmlak vergilərindən azad edilirlər. Həmin şirkətlərin istehsal və emal məqsədilə idxal etdikləri texnoloji avadanlıq və qurğular da 7 il müddətinə ƏDV-dən azad edilib. Bundan başqa, kiçik və orta biznes klasterinin iştirakçısı olan sahibkarlıq subyektləri tərəfindən KOB klaster şirkəti ilə bağlanmış müqavilə əsasında təqdim etdikləri maldan (işdən, xidmətdən) qazanılan gəlirin kapital xarakterli xərclərin çəkilməsinə yönəldilən hissəsi 7 il müddətinə gəlir (mənfəət) vergisindən azad edilir.

Vergi Məcəlləsinin:

102.1.32. maddəsinə əsasən, KOB klasterinin iştirakçısı olan fərdi sahibkarın KOB klaster şirkəti ilə bağlanmış müqavilə əsasında təqdim etdiyi maldan (işdən, xidmətdən) əldə etdiyi gəlirin kapital xarakterli xərclərin çəkilməsinə yönəldilən hissəsi 7 il müddətinə;

106.1.21-ci maddəsinə əsasən, KOB klaster şirkətinin mənfəəti - KOB klaster şirkətinin qeydiyyata alındığı tarixdən 7 il müddətinə;

106.1.22-ci maddəsinə əsasən, KOB klasterinin iştirakçısı olan hüquqi şəxsin KOB klaster şirkəti ilə bağlanmış müqavilə əsasında təqdim etdiyi maldan (işdən, xidmətdən) qazandığı mənfəətin kapital xarakterli xərclərin çəkilməsinə yönəldilən hissəsi 7 il müddətinə;

164.1.40-cı maddəsinə əsasən, KOB klaster şirkəti tərəfindən mikro, kiçik və orta sahibkarlığın inkişafını dəstəkləyən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında istehsal, yaxud emal məqsədləri üçün texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı KOB klaster şirkətinin qeydiyyata alındığı tarixdən 7 il müddətinə vergidən azaddır.

Məcəllənin 199.15-ci maddəsində qeyd edilmişdir ki, KOB klaster şirkətləri qeydiyyata alındıqları tarixdən 7 il müddətinə əmlak vergisi ödəməkdən azaddır. Bundan başqa, KOB klaster şirkətləri qeydiyyata alındıqları tarixdən 7 il müddətinə mülkiyyətində və ya istifadəsində olan və KOB klaster fəaliyyətində istifadə olunan torpaqlara görə torpaq vergisini ödəməkdən azaddır (Vergi Məcəlləsi, maddə 207.6).

İqtisadçı ekspert Rəşad Əliyev qeyd edib ki, indiyədək ölkəmizdə qeyri-neft sektorunda istehsalın genişləndirilməsi məqsədləri üçün müxtəlif ərazilərdə sənaye və texnologiyalar parkları yaradılıb və qanunvericilikdə həmin subyektlərə vergi güzəştləri nəzərdə tutulub: "Hazırda qüvvədə olan qanunvericiliyə əsasən sənaye və texnologiya parklarındakı rezidentlər 7 il müddətinə mənfəət vergisindən (fiziki şəxslər gəlir vergisindən), torpaq və əmlak vergisindən azaddırlar. Onlar üçün ƏDV güzəştləri də mövcuddur.

Sahibkarlıq fəaliyyəti göstərən təsərrüfat subyektləri arasında ən çox dövlət dəstəyinə,
güzəşt və stimullaşdırıcı tədbirlərə məhz kiçik və orta biznesin ehtiyacı var

İndi sənaye və texnologiyalar parklarından əlavə, klasterlərin yaradılması və onların inkişaf etdirilməsi də hökumətin gündəliyindədir. Ölkə Prezidentinin fərmanı ilə bu il "Kiçik və Orta Biznesin İnkişafı Agentliyi" publik şəxsi yaradılmışdır. Agentliyin fəaliyyətlərinin əsas hədəflərindən biri də mikro, kiçik və orta sahibkarlıq subyektlərinin klasterlərinin yaradılmasıdır. Sənaye və texnologiyalar parklarından fərqli olaraq klasterlərin miqyası daha iri olur. Hətta sənaye və ya texnologiyalar parklarından hansınınsa yeni yaradılacaq klasterlərə daxil olacağı da istisna deyil. Klasterlərin fəaliyyətinin stimullaşdırılması üçün də sənaye və texnologiyalar parklarında olduğu kimi vergi güzəştlərinin verilməsi nəzərdə tutulub". R.Əliyev vurğulayıb ki, Məcəllədə "KOB klaster şirkəti" və "KOB klasterinin iştirakçısı" anlayışlarının izahı verilib. Bu isə o deməkdir ki, KOB klasteri şirkəti ilə KOB klaster iştirakçılarına fərqli güzəştlər verilib.

İqtisadçı Pərviz Heydərovun sözlərinə görə, sahibkarlıq fəaliyyəti göstərən təsərrüfat subyektləri arasında ən çox dövlət dəstəyinə, güzəşt və stimullaşdırıcı tədbirlərə məhz kiçik və orta biznesin ehtiyacı var: "İstər kiçik sahibkarlıq subyektlərinin gəlir və xərcin uçotunun aparılması mədəniyyətinin formalaşdırılması və təkmilləşdirilməsi məqsədilə Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirini və xərcini sənədləşdirən vergi ödəyicilərinin öz təsisçilərinə (payçılarına) ödədikləri dividendlərin ödəmə mənbəyində vergidən azad olunmasını nəzərdə tutan müddəa, istərsə də mikro, kiçik və orta sahibkarlıq subyektləri üçün gəlir, mənfəət, əmlak, torpaq vergisi və ƏDV üzrə güzəştlərin tətbiqi ölkədə iqtisadiyyatın inkişafına mühüm töhfələr verəcək. Ümumiyyətlə, kiçik və orta biznes klasterinə daxil olan şirkətlərin xərcləri əhəmiyyətli dərəcədə azalacaq. KOB klasterinə daxil olan şirkətlər tərəfindən istehsal və emal məqsədilə texnika, texnoloji avadanlıq və qurğuların idxalı üçün verilən güzəşt daha çox gəlir əldə etməyə şərait yaradacaq. Qısa desək, ölkədə mikro, kiçik və orta sahibkarlıq fəaliyyəti üçün gələn il tətbiq olunacaq güzəştlər əsasən 2 məqsədə xidmət edir: xərcləri azaltmaq və daha çox gəlir əldə etməyə maraq yaratmaq. Bu isə, inkişaf və artım üçün əsas tələb olunan şərtlərdir".

Fəxriyyə İKRAMQIZI

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?