30 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Vergi hüquqpozmaları ilə mübarizəyə dair metodik vəsait çap olunub

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) və Azərbaycan Respublikası Baş Prokurorluğunun birgə Tədbirlər Planına və hər iki qurumun tədris mərkəzləri arasında bağlanmış memoranduma əsasən, qarşılıqlı əməkdaşlıq çərçivəsində işçilərin peşəkar fəaliyyətlərinin inkişafına kömək edən layihələr həyata keçirilir. DVX-dən “vergiler.az”a verilən məlumata əsasən, bu məqsədlə Baş Prokurorluq tərəfindən “Vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma cinayətlərinin istintaqı xüsusiyyətlərinə dair” adlı metodik vəsait hazırlanıb.

Baş prokuror Kamran Əliyevin tapşırığı əsasında çap olunmuş metodik vəsaitin hazırlanmasına rəhbərlik Baş Prokurorluğun Ədliyyə, gömrük və vergi orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsi tərəfindən həyata keçirilib. Baş prokurorun rəhbərliyi ilə fəaliyyət göstərən Elmi-Məsləhət Şurasının martın 29-da keçirilmiş iclasında DVX-nin Tədris Mərkəzinin rəyçi olduğu həmin metodik vəsaitin təqdimatı olub.

Cinayət təqibini həyata keçirən orqanların, o cümlədən DVX-nin müvafiq sahədə fəaliyyət göstərən Vergi cinayətlərinin ibtidai araşdırılması Baş İdarəsinin əməkdaşları üçün mühüm əhəmiyyət kəsb edən metodik vəsait praktiki istifadə üçün müvafiq dövlət qurumlarına təqdim olunub.

Bu haqda ətraflı məlumatı linkə keçid etməklə əldə etmək olar: https://genprosecutor.gov.az/az/post/6156

VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu? VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır? VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar?