31 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Vergilər nazirinin müavini Qusarda vətəndaşları qəbul edib

Mayın 24-də vergilər nazirinin müavini Sahib Ələkbərov Qusar rayonundakı Vergi ödəyicilərinə xidmət mərkəzində Qusar, Quba və Xaçmaz rayonlarından olan vətəndaşları qəbul edib.

Qəbulda vergi ödəyicilərinin öz fəaliyyətlərini şəffaf şəkildə qurmalarına mane olan amillər, vergilərin hesablanması, ödənilməsi, e-qaimələrin tətbiqi, vergi borcları, vergi orqanlarında işlə təminat, vergi uçotu, habelə vergi inzibatçılığı sahəsində qarşılaşdıqları bir sıra məsələlər qaldırılıb. Vətəndaşların müraciətləri dinlənilib, onların bəziləri yerindəcə həll olunub, digərləri barədə nazirliyin müvafiq strukturlarına aidiyyəti tapşırıqlar verilib.

VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu? VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır? VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar?