17 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Satmaq öhdəliyi ilə mənzillərin kirayəyə verilməsi nə vaxtdan vergidən azad edilib?

2020-ci ildən İpoteka və Kredit Zəmanət Fondu ilə müqavilə bağlayaraq, "satmaq öhdəliyi ilə mənzillərin kirayəyə verilməsi" proqramı üzrə kirayəçi olmuşam. Mənim aylıq ödənişlərimdən ƏDV çıxılmalıdırmı? İndiyə qədər ödədiyim məbləğlərin daxilindəki ƏDV mənzilin ümumi qiymətində nəzərə alınacaqmı?

Dövlət Vergi Xidmətindən bildirilib ki, 2023-cü ilin yanvarın 1-dən Vergi Məcəlləsinə əlavə edilmiş 164.1.10-1-ci maddəsinə əsasən, yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə sahəsində fəaliyyət göstərən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən yaşayış sahələrinin kirayəçilərə təqdim edilməsi vergidən azad edilib.

Qeyd olunan azadolma 2023-cü ilin yanvarın 1-dən sonra kirayəçilərə təqdim edilən yaşayış sahələrinə münasibətdə tətbiq edilir.

Sorğuda qeyd olunan halda aylıq ödəniş məbləğləri ilə bağlı aidiyyəti üzrə Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fonduna müraciət etmək tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 164-cü maddəsi.

Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri