25 Mart 2023

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Vergi təşəbbüsləri və rəqəmsallaşma mövzuları üzrə təlim-seminar keçirilir

Dünya Bankı tərəfindən beynəlxalq və ölkədaxili vergi təşəbbüsləri və rəqəmsallaşma mövzuları üzrə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşları üçün təlim-seminar təşkil olunub.

“Azərbaycanda vergi islahatları üzrə texniki yardım” mövzusunda icra olunan layihə çərçivəsində Bakıda səfərdə olan Dünya Bankının nümayəndə heyəti tərəfindən martın 9-10 tarixlərində beynəlxalq və ölkədaxili vergi təşəbbüsləri və rəqəmsallaşma mövzuları üzrə təlim-seminar keçirilir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən “vergiler.az”a verilən məlumata görə, Dünya Bankının dövlət sektoru üzrə aparıcı mütəxəssis və tapşırıq qrupunun rəhbəri Raul Feliks Xunkera Varelanın başçılıq etdiyi nümayəndə heyətinin tərkibinə Bankın dövlət sektoru üzrə böyük mütəxəssisi və tapşırıq qrupunun həmrəhbəri Coui Qaleb, maliyyə idarəetməsi üzrə böyük mütəxəssis Tural Camalov, vergi orqanlarının elektron informasiya sistemləri üzrə məsləhətçisi Vladimir Kalderon, vergi məsələləri üzrə beynəlxalq məsləhətçi Xalid El-Korek və Kristian Lukas daxildir.

Missiyanın məqsədi, həmçinin, texniki yardım proqramı ilə nəzərdə tutulmuş işlərin davam etdirilməsidir. Səfər zamanı əməletmə risklərinin idarə olunması üzrə görülən işlər çərçivəsində vergi auditi funksiyasının təhlili və İKT sahəsində bu yaxınlarda tamamlanmış qiymətləndirmənin davamı olaraq, Dövlət Vergi Xidmətində rəqəmsallaşmanın cari statusu ilə bağlı müvafiq strukturlarla fikir mübadiləsi aparılıb.

Texniki Yardım İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) Trast Fondunun qrantı hesabına maliyyələşdirilir və Azərbaycan hökumətinə vergi rejiminin beynəlxalq qabaqcıl təcrübələrə uyğun olaraq təkmilləşdirilməsində və vergi administrasiyasının müasirləşdirilməsində yardım etmək məqsədi daşıyır.

İqtisadiyyatAğdam Sənaye Parkında rezidentlərin sayı 14-ə çatıb VergiAzərbaycan BEPS fəaliyyətləri üzrə öhdəliklərin icrasına başlayıb VergiHüquqi şəxs digər hüquqi şəxsə qoşulduqda vergi öhdəliyi necə tənzimlənir? İqtisadiyyatXamis Seyranov: “Yeni Rəqabət Məcəlləsi bir sıra üstünlüklərə malikdir” VergiVergi təşəbbüsləri və rəqəmsallaşma mövzuları üzrə təlim-seminar keçirilir İqtisadiyyatLatviya ilə potensial əməkdaşlıq imkanları müzakirə olunub VergiNaxçıvanda obyektlərin 50,6 faizində yeni nəsil NKA quraşdırılıb İqtisadiyyatEgils Levits Bakıda Azərbaycan və Latviya iş adamları ilə görüşüb VergiKeçmiş dövrlərdə artıq ödənilmiş ƏDV məbləği sonradan əvəzləşdirilə bilərmi? XəbərlərPrezident İlham Əliyev: “Biz pandemiya ilə mübarizə üçün 80 dövlətə yardım etmişik”