19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Məlumat bazalarının əlaqələndirilməsi məsələləri müzakirə edilib

Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsinin “Biznesə daxilolma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin həyata keçirilməsinə dair 2022-2023-cü illər üzrə Yol Xəritəsi” çərçivəsində görülən işlərlə əlaqədar Dövlət Vergi Xidməti (DVX) və Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndələri arasında videokonfrans formatında görüş keçirilib.

DVX-dan “vergiler.az”a verilən məlumata görə, görüşdə kommersiya hüquqi şəxslərin qeydiyyat prosesini əhatə edən elektron sistemlə bağlı məsələlər müzakirə edilib.

Yol Xəritəsinə uyğun olaraq, Əmlak Məsələləri Dövlət Xidmətinin və Elm və Təhsil Nazirliyinin rəylərinin, Mərkəzi Bankın ilkin razılığını təsdiq edən sənədin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin məktubunun avtomatik qaydada qeydiyyat orqanına təqdim olunması üçün elektron mübadiləni təmin edən texniki imkanın yaradılması nəzərdə tutulur. Görüş iştirakçıları Yol Xəritəsində nəzərdə tutulan tədbirlər, elektron mübadilənin təqdim edilməsi üzrə mövcud vəziyyət, inteqrasiya ilə bağlı texniki həllər və digər məsələləri müzakirə ediblər.

İnteqrasiya zərurəti yaranan sənədlərin siyahısı və məlumat mübadiləsini təmin edəcək elektron sistem üçün tələb olunan texniki məsələlər görüş iştirakçılarının diqqətə çatdırılıb.

Tədbir zamanı məlumat bazalarının müəyyən olunan müddətlər çərçivəsində əlaqələndirilməsi üçün texniki imkanın yaradılması istiqamətində zəruri işlərin görülməsi razılaşdırılıb.

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?