19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Dövlət Vergi Xidmətində maarifləndirici bukletlər hazırlanıb

Vergi Məcəlləsində edilmiş dəyişikliklərlə bağlı vergi ödəyicilərinin məlumatlandırılması və maarifləndirilməsi məqsədilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən maarifləndirici bukletlər hazırlanıb və qurumun rəsmi internet səhifəsində yerləşdirilib.

Dövlət Vergi Xidmətindən “vergiler.az”a verilən məlumata görə, bukletlər “Bələdiyyə vergiləri”, “Mədən vergisi”, “Mənfəət vergisi”, “Dövlət büdcəsinə ödənilən torpaq vergisi”, “Vergi öhdəliklərinin yerinə yetirilməsi”, “Lotereyaların keçirilməsi”, “Sərnişin və yükdaşıma fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən ödənilən sadələşdirilmiş vergi, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqı”, “Əlavə dəyər vergisi”, “Onlayn kassanın tətbiqi”, “Aylıq sabit məbləğdə sadələşdirilmiş verginin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqlarının hesablanması və ödənilməsi”, “Sadələşdirilmiş vergi”, “Dövlət büdcəsinə ödənilən əmlak vergisi”, “Fiziki şəxslərin uçotu”, “Kommersiya qurumlarının dövlət qeydiyyatına alınması”, “Maliyyə sanksiyaları, faizlər və digər məsuliyyət tədbirləri barədə yaddaş”, “Vergi ödəyicisinin hüquq və vəzifələri”, “Texnologiyalar parklarının rezidentləri”, “Aksizlər”, “Fiziki şəxslərin gəlir vergisi”, “Daşınmaz əmlakın təqdim edilməsindən əldə olunan gəlirin sadələşdirilmiş vergiyə cəlb edilməsi”, “İşğaldan azad edilmiş ərazilərdə vergitutma”, “Muzdlu işlə əlaqədar tutulan gəlir vergisi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqqı” mövzularında tərtib olunub.

Bukletlərlə https://www.taxes.gov.az/az/page/vergilere-aid-nesrler ("Vergi ödəyicilərinin məlumatlandırılması (2023)" altbölməsi) keçidinə daxil olaraq tanış ola bilərsiniz.

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?