7 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Dövlət Vergi Xidməti tərəfindən maarifləndirici flayerlər hazırlanıb

Azərbaycan Respublikasının Vergi Məcəlləsində edilmiş dəyişikliklərlə bağlı vergi ödəyicilərinin məlumatlandırılması və maarifləndirilməsi istiqamətində tədbirlər davam etdirilir. “vergiler.az” İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, Xidmət tərəfindən qanunvericiliyə son dəyişikliklər nəzərə alınmaqla maarifləndirici flayerlər hazırlanıb və qurumun rəsmi internet səhifəsində yerləşdirilib.

“Aqrar emal fəaliyyəti və kənd təsərrüfatı məhsullarının istehsal sahəsi üzrə əlavə vergi təşviqləri verilmişdir”, “Azadolma və güzəştlərin əhatə dairəsi genişləndirilmişdir”, “Kommersiya və (və ya) vergi sirri hesab olunmayan məlumatların siyahısı genişləndirilmişdir”, “İdxal ediləcək mallar barədə məlumat formasını təqdim edən subyektlər dəqiqləşdirilmişdir”, “Dövlətə və ictimai və sosial məqsədlər üçün yaradılmış fondlara bağışlanan əmlaklar üzrə vergi güzəştləri verilmişdir”, “Maliyyə sanksiyalarında dəyişikliklər edilmişdir”, “Nəzarət olunan xarici müəssisə barədə”, “Sosial xarakterli güzəştlər artırılmışdır”, “Xaricdən əldə olunan gəlirlər üzrə kameral vergi yoxlamasının müddəti artırılmışdır”, “Bank hesabları üzrə aparılan əməliyyatlar barədə”, ““ƏDV geri al” sistemində dəyişikliklər edilmişdir”, “Müəssisənin nizamnamə fonduna əsas vəsaitin pay şəklində qoyulması ƏDV-yə sıfır (0) dərəcə ilə cəlb olunacaqdır”, “Sadələşdirilmiş vergi metodunu tətbiq etmək hüququnun saxlanılması halları dəqiqləşdirilmişdir”, “Nəzarət-kassa aparatının çekində əks olunmalı məlumatlarda dəyişikliklər edilmişdir” adlı flayerlərdə vergi ödəyiciləri üçün zəruri məlumatlar verilib. Bundan başqa, “Özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərin apardığı tibb xidmətləri üzrə yeni tələblər müəyyən edilmişdir”, "Texnologiyalar parklarının rezidentlərinə mühüm güzəştlər verilmişdir", “Elektron ticarətin vergiyə cəlb edilməsi mexanizmi formalaşdırılacaq”, “Vergi ödəyicilərinin vəzifələrində dəyişikliklər edilmişdir” adlı flayerlər də hazırlanıb.

Flayerlərlə tanış olmaq üçün bu keçiddən istifadə edə bilərsiz:

https://www.taxes.gov.az/az/page/vergilere-aid-nesrler

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?