4 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Fərqlənmə nişanı alan vergi ödəyicilərinin vergi və sosial sığorta öhdəlikləri

Təcrübədə fərqlənmə nişanı alan vergi ödəyicilərinin vergi və məcburi dövlət sosial sığorta öhdəlikləri ilə bağlı suallar yaranır. “vergiler.az”ın bu mövzuda suallarına Bakı Karyera Mərkəzinin direktoru,vergi eksperti Təhməz Qaçayev aydınlıq gətirir.

Fərqlənmə nişanı almış vergi ödəyiciləri üçün, ilk növbədə, vergitutma obyektini müəyyən etmək lazımdır. Çünki vergitutma obyekti nədirsə, vergi də həmin obyektdən tutulur.

Vergi Məcəlləsinin 219.2-ci maddəsinə əsasən, mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə sərnişin və yük daşınmasını həyata keçirən şəxslər üçün vergitutma obyekti həmin şəxslərin mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələridir. Deməli, vergi ödəyiciləri üçün göstərilmiş xidmət müqabilində hesablarına daxil olan məbləğlər vergitutma obyekti hesab edilmir və vergiyə cəlb edilmir.

Bəs həmin şəxslər üçün vergi dərəcələri necə müəyyən edilir?

Vergi Məcəlləsinin 220.5-ci maddəsinə əsasən, avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən vergi ödəyiciləri üçün sadələşdirilmiş vergi aşağıdakı kimi müəyyən edilib:

Daşınma növü

Sadələşdirilmiş verginin tətbiq edildiyi ölçü vahidi

Sadələşdirilmiş verginin aylıq məbləği (manatla)

Sərnişin daşınması (taksi istisna olmaqla), oturacaq yerlərinin sayına görə:

1 oturacaq yeri üçün

1,8

Taksi ilə sərnişin daşınması

1 ədəd nəqliyyat vasitəsi üçün

9,0

Yük daşınması

yükgötürmə qabiliyyəti üçün (hər tona)

1,0

Bu şəxslərin daşımaları həyata keçirdiyi ərazilərə uyğun olaraq zona əmsalları müəyyən edilib:

- Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) və Bakı şəhəri ilə ölkənin digər yaşayış məntəqələri arasında - 2,0;

- Abşeron rayonu, Sumqayıt, Gəncə şəhərlərində və həmin rayon və şəhərlərlə digər yaşayış məntəqələri arasında (bu Məcəllənin 220.6.1-ci maddəsində göstərilənlər istisna olmaqla) - 1,5;

- digər şəhər və rayonlarda və həmin şəhər və rayonlarla digər yaşayış məntəqələri arasında (bu Məcəllənin 220.6.1-ci və 220.6.2-ci maddələrində göstərilənlər istisna olmaqla) - 1,0.

Qeyd edək ki, fərqlənmə nişanı alan vergi ödəyiciləri üçün vergi öhdəliyi aylıq hesablanır. Vergi öhdəlikləri ilə yanaşı, onların “Sosial sığorta haqqında” və “İcbari tibbi sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarına əsasən, sosial sığorta (minimum aylıq əməkhaqqından 6 faiz) və icbari tibbi sığorta haqları (minimum aylıq əməkhaqqından 4 faiz) üzrə öhdəlikləri yaranır. Nəzərə almaq lazımdır ki, fərqlənmə nişanı hər avtonəqliyyat vasitəsinə ayrı-ayrılıqda verilir.

Misal. Fərdi sahibkar mülkiyyətində olan 30 yerlik sərnişin avtobusu ilə Bakı şəhərində sərnişin daşıma fəaliyyəti göstərir. Bu daşımalardan onun hesabına 20.000 manat pul vəsaiti daxil olub. Fərdi sahibkarın vergi və sosial sığorta üzrə öhdəliklərini aylıq hesablama əsasında müəyyən edək:

- sadələşdirilmiş vergi: 30 x 1,8 x 2 = 108 manat;

- məcburi dövlət sosial sığorta haqqı: 345 x 6% x 2= 41.4 manat;

- icbari tibbi sığorta haqqı: 345 x 4% = 13.8 manat.

Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır? VergiFiziki şəxslərin əmlak vergisinə görə güzəştinin hesablanması