Bu gün Dövlət Vergi Xidməti işçilərinin peşə bayramıdır
"Vergi sistemində həyata keçirilən islahatlar vergi inzibatçılığının innovativ əsaslarla qurulması, şəffaflığın təmin edilməsi və biznes mühitinin təkmilləşməsinə əhəmiyyətli töhfələr verir. Bu gün Dövlət Vergi Xidməti işçilərinin peşə bayramıdır. Həmkarlarımıza bu məsuliyyətli işlərində uğurlar arzulayırıq".
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov öz sosial şəbəkə hesabında paylaşım edib.