8 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Ötən il dövlət büdcəsinin gəlirlərinin 50 faizi qeyri-neft-qaz sektoru hesabına formalaşıb

Ötən il dövlət  büdcəsinin gəlirlərinin 50 faizi qeyri-neft-qaz sektoru hesabına formalaşıb

2022-ci ildə neft və qaz qiymətlərinin müsbət dinamikasının çox yüksək səviyyəsinə baxmayaraq, dövlət büdcəsinin gəlirlərinin 50 faizi qeyri-neft-qaz sektoru hesabına formalaşıb.

“vergiler.az” xəbər verir ki, bunu ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilmiş “Heydər Əliyev və Azərbaycanın vergi sistemi: yeni çağırışlara doğru” mövzusunda təşkil olunmuş konfransda çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Qeyri-neft ixracının artım trayektoriyasının davam etdirilməsinə toxunan nazir bildirib ki, bu istiqamətdə hələ də istənilən rəqəmlərə nail olunmayıb. “3 milyard dollar rəqəmini keçmişik, lakin bu bizim ümumi ixracımızla müqayisədə böyük bir rəqəm deyil. Eyni zamanda, dinamikaya baxdıqda, biz 3 il öncə 1,7 milyard dollardan danışırdıq, indi isə 3 milyarda çatmışıq. Hədəfimiz, təbii olaraq, bunu yüksək templə davam etdirməkdir”, - deyə nazir vurğulayıb.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?