Ötən il dövlət  büdcəsinin gəlirlərinin 50 faizi qeyri-neft-qaz sektoru hesabına formalaşıb

2023.02.10 12:14 (UTC+04:00)

2022-ci ildə neft və qaz qiymətlərinin müsbət dinamikasının çox yüksək səviyyəsinə baxmayaraq, dövlət büdcəsinin gəlirlərinin 50 faizi qeyri-neft-qaz sektoru hesabına formalaşıb.

vergiler.az” xəbər verir ki, bunu ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilmiş “Heydər Əliyev və Azərbaycanın vergi sistemi: yeni çağırışlara doğru” mövzusunda təşkil olunmuş konfransda çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Qeyri-neft ixracının artım trayektoriyasının davam etdirilməsinə toxunan nazir bildirib ki, bu istiqamətdə hələ də istənilən rəqəmlərə nail olunmayıb. “3 milyard dollar rəqəmini keçmişik, lakin bu bizim ümumi ixracımızla müqayisədə böyük bir rəqəm deyil. Eyni zamanda, dinamikaya baxdıqda, biz 3 il öncə 1,7 milyard dollardan danışırdıq, indi isə 3 milyarda çatmışıq. Hədəfimiz, təbii olaraq, bunu yüksək templə davam etdirməkdir”, - deyə nazir vurğulayıb.