24 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Topdan ticarət sektorunda dövriyyə 26 faizdən çox artıb

Topdan ticarət sektorunda dövriyyə 26 faizdən çox artıb

"Biz ayrı-ayrı sahələrdə "ağarma"nı görmək üçün müxtəlif indikatorlar qurmuşuq və müxtəlif sahələr üzrə Vergi Məcəlləsinə edilmiş dəyişikliklərin və vergi ödəyiciləri arasında aparılan təbliğat işlərinin "ağarma"ya təsirini də qiymətləndirmişik". Vergilər Nazirliyinin İqtisadi təhlil departamentinin baş direktoru Natiq Şirinov iqtisadçı ekspertlərlə keçirilən görüşdə belə deyib. Qeyd edib ki, problemli sektorlar daha çox nağd vəsaitlərin dövr etdiyi sahələrdir. Bu, xüsusən ictimai iaşə, pərakəndə ticarət, topdan ticarət sahələrinə aiddir: "Əgər ötən ilin ilk rübündə qeyri-neft sektoru ürzə malların 52,6 faizi qaimə-faktura ilə rəsmiləşdirilirdisə, bu ilin I rübünün nəticələrinə görə, həmin göstərici 62,2 faizə çatıb. Daha çox bizim problemli sahələrimiz olan pərakəndə ticarət sektorunda dövriyyələr təxminən 35 faiz artıb. Bu dövriyyələr fonunda pərakəndə ticarət sektorunda məşğul olan vergi ödəyicilərinin əldə etdikləri qaimənin həcmində təxminən 71 faizə yaxın artım var".

N.Şirinov diqqətə çatdırıb ki, içtimai iaşə sahəsində elektron qaimə-fakturaların əldə edilməsi 7 faiz artıb və həmin sahə üzrə dövriyyələrdə ötən ilin ilk rübü ilə müqayisədə təxminən 7,6 faiz artın müşahidə olunur. Topdan ticarət sahəsində dövriyyələr təxminən 26,3 faiz artıb, e-qaimə faktura ilə rəsmiləşdirilən dövriyyələrdə isə təxminən 54 faizə yaxın artım olub.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?