12 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

POS-terminalla ödənilən məbləğlərə vergi güzəşti

Vergi Məcəlləsində 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş dəyişikliyə əsasən, POS-terminalla həyata keçirilən ödənişlərə görə sahibkarlara müəyyən güzəştlər verilib. Vergi Məcəlləsinin 102.1.24-cü maddəsində qeyd edilib ki, pərakəndə satış qaydasında malların satışının həyata keçirilməsi üzrə ticarət fəaliyyəti və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkar tərəfindən büdcəyə ödənilməli olan gəlir vergisinin məbləği 2019-cu il yanvarın 1-dən 3 il müddətinə "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş POS-terminal vasitəsilə nağdsız qaydada aparılan ödənişlərin ümumi gəlirdəki xüsusi çəkisinə uyğun müəyyən edilən verginin 25 faizi həcmində azaldılır. Bu güzəştin alınması hüququ müəyyən edilərkən vergi orqanında uçotda olan şəxslər tərəfindən POS-terminal vasitəsilə aparılan ödənişlərin məbləği nəzərə alınmır. Bu, vergi orqanında qeydiyyatda olan şəxslərin sahibkarlıq fəaliyyəti məqsədləri üçün aldıqları mallara (işlərə, xidmətlərə) görə ödədikləri məbləğlərə münasibətdə tətbiq edilir. Vergi orqanında qeydiyyatda olan şəxsin şəxsi istehlak məqsədi üçün aldığı mala görə nağdsız qaydada POS-terminal vasitəsilə ödədiyi məbləğlər isə bu maddənin məqsədləri üçün nəzərə alınır.

Misal: Tutaq ki, sizin ümumi gəliriniz 1.000 manatdır. Onun 200 manatı nağd qaydada, 800 manatı isə POS-terminal vasitəsilə daxil olub. Əgər sizin xərcləriniz 700 manat olarsa, həmin məbləğ çıxıldıqdan sonra gəliriniz müəyyən olunur:

Gəlirdən çıxılan ümumi xərc = 700 manat;
1000 - 700 = 300 manat
Gəlir = 300 manat

Güzəşt tətbiq edilmədiyi halda vergi ödəyicisinin ödəməli olduğu gəlir vergisinin məbləği 60 manat təşkil edirdi:

1000 - 700 = 300 x 20% = 60 manat.

Güzəşt tətbiq edildikdən sonra vergi ödəyicisinin ödəməli olduğu gəlir vergisinin məbləği 48 manat olub. Burada 12 manat azalma müşahidə edilir:

800 (nağdsız dövriyyə) / 1000 (ümumi gəlir) = 0,8 (xüsusi çəki)
60 x 0,8 x 25% = 12 manat
60 - 12 = 48 manat.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?