15 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96 illiyinə həsr olunmuş şahmat turniri başa çatıb

Azərbaycan Respublikası Vergilər Nazirliyinin təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin, eləcə də Azərbaycan Şahmat Federasiyasının dəstəyi ilə keçirilən vergi xidməti əməkdaşları arasında 14-cü ənənəvi şahmat turnirinə yekun vurulub.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş, Olimpiya sistemi üzrə keçirilən bu yarışlara aprel ayının 13-də start verilmişdi.

Vergilər nazirinin müavini Sahib Ələkbərov yarışın maraqlı rəqabət şəraitində keçdiyini bildirərək onu vergi orqanı əməkdaşlarının intellektual potensialının nümayiş etdirilməsi baxımından müsbət dəyərləndirib və mükafata layiq görülən əməkdaşları təbrik edib. Turnirin qalibi 8 saylı ƏVİ-nin əməkdaşı Ramil Abbasov olub. Çağrı Mərkəzi Departamentinin əməkdaşı Mahmud İbrahimov 2-ci, Tədris Mərkəzinin əməkdaşı İmran Qarayev 3-cü yeri tutub.

Sonda qaliblər mükafatlandırılması mərasimi olub.

VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu?