1 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Lizinq əməliyyatları üzrə borc ödənişləri hansı formada həyata keçirilir?

Fərdi sahibkarlar aylıq ödənişləri lizinq şirkətinin bank hesabına mədaxil etməlidir, yoxsa fərdi sahibkar bank hesablarına mədaxil edəndən sonra köçürmə yolu ilə lizinq şirkətinin bank hesabına köçürməlidir?

Dövlət Vergi Xidmətindən bildirilib ki, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.4.1-ci maddəsinə əsasən, lizinq əməliyyatları üzrə borcların ödənilməsi yalnız nağdsız qaydada həyata keçirilir.

Həmin Qanunun 3.2-ci maddəsində isə göstərilir ki, hər iki tərəf vergi ödəyicisi olan şəxs arasında hesablaşmalar üzrə nağdsız ödəniş yalnız bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürülməklə (o cümlədən ödəniş alətləri (ödəniş kartları, ödəniş tapşırığı və s.) və ödəniş vasitələri (mobil telefon aparatları, kompüter və digər avadanlıq) ilə həyata keçirilə bilər.

Qeyd olunanlara əsasən, sorğuda göstərilən halda fərdi sahibkar tərəfindən lizinq əməliyyatları üzrə borc ödənişləri fərdi sahibkarın bank hesabından lizinq verən şirkətin bank hesabına köçürülməklə həyata keçirilməlidir.

Əsas: “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanunu.

VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu? VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır? VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar?