Lizinq əməliyyatları üzrə borc ödənişləri hansı formada həyata keçirilir?

2022.11.24 11:44 (UTC+04:00)

Dövlət Vergi Xidmətindən bildirilib ki, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.4.1-ci maddəsinə əsasən, lizinq əməliyyatları üzrə borcların ödənilməsi yalnız nağdsız qaydada həyata keçirilir.

Həmin Qanunun 3.2-ci maddəsində isə göstərilir ki, hər iki tərəf vergi ödəyicisi olan şəxs arasında hesablaşmalar üzrə nağdsız ödəniş yalnız bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürülməklə (o cümlədən ödəniş alətləri (ödəniş kartları, ödəniş tapşırığı və s.) və ödəniş vasitələri (mobil telefon aparatları, kompüter və digər avadanlıq) ilə həyata keçirilə bilər.

Qeyd olunanlara əsasən, sorğuda göstərilən halda fərdi sahibkar tərəfindən lizinq əməliyyatları üzrə borc ödənişləri fərdi sahibkarın bank hesabından lizinq verən şirkətin bank hesabına köçürülməklə həyata keçirilməlidir.

Əsas: “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanunu.