16 Fevral 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Aksiz markası mallara nə vaxt vurulmalıdır?

Mən Xırdalan şəhərində şərab istehsal edirəm, anbarım isə Bakı şəhərində yerləşir. İshehsal olunmuş məhsul "malların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası" əsasında anbara təhvil verilir. Bu malların aksizləri anbarda vurula bilərmi?

Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 184-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində istehsal edilən aksizli malların istehsal binasının hüdudlarından kənara buraxılması aksizin vergitutma obyektini təşkil edir. Bu maddənin məqsədləri üçün istehsal binalarına istehsalın olduğu ərazidə yerləşən anbarlar, köməkçi anbar sahələri və digər oxşar binalar aiddir.
Sorğuda qeyd olunan halda istehsal edilən aksizli mallar istehsal binasının (sorğuya əsasən. Xırdalan şəhəri) hüdudlarından kənara buraxıldığı vaxtda həmin mallar üçün aksizlər hesablanıb dövlət büdcəsinə ödənilir.

Əsas: Vergi Məcəlləsinin 184-cü və 186-cı maddələri.

VergiVergi ödəyicisi eyni vaxtda bir neçə güzəştdən yararlana bilərmi? Vergiİstifadə olunmayan əsas vəsaitlərə görə əmlak vergisi hesablanmalıdırmı? VergiPOS-terminal quraşdırmaq üçün nə etmək lazımdır? VergiMüəssisə təsərrüfat xərclərinə görə ödənilən ƏDV-ni əvəzləşdirə bilərmi? VergiFərdi sahibkar fiziki şəxsdən götürdüyü mənzilin kirayə haqqından nə qədər vergi ödəməlidir? VergiElektron əmtəə-nəqliyyat qaiməsi kimlər üçün məcburidir? VergiRepetitorluq fəaliyyəti ilə məşğul olan vergi ödəyicisinə güzəşt verilirmi? VergiKimlər 75%-lik vergi güzəştindən yararlana bilər? VergiVergi hesablanan əməkhaqqı məbləğinin 200 manat azaldılması nəyə əsaslanır? VergiTəsisçisi eyni olan şirkətlərin bir-birinə borc verməsi necə tənzimlənir?