23 İyun 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Xarici ölkədə keçirilən imtahandan azad olunma ilə bağlı elektron qaydada ödənişdən ƏDV tutulmalıdırmı?

Amerikada əlavə təhsil alıram və əvvəlki təhslimə aid diploma görə Amerika institutu tərəfindən iki imtahandan azad edilmişəm. Əvvəlki diplomumun tanınması və oradakı imtahanlardan azad olunmağım üçün bank kartımdan 150$ çıxılıb. Lakin bank bu məbləğə əlavə olaraq 18% (46,17 AZN) ƏDV də tutub. Bu əməliyyat üçün bank məndən ƏDV tutmalıdırmı?

Dövlət Vergi Xidmətindən bildirilib ki Azərbaycan Respublikasının hüdudlarından kənarda qeyri-rezident şəxs tərəfindən keçirilən imtahanda iştirakdan azad olma ilə bağlı vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən qeyri-rezidentə elektron qaydada ödənişlərin edilməsi elektron ticarət qaydasında iş və xidmət alınması hesab edilmir və həmin ödənişlərdən banklar tərəfindən ƏDV tutulmur.
Vergi Məcəlləsinin 169.3-cü maddəsinə əsasən, elektron ticarət qaydasında işlərin və xidmətlərin alıcısı, habelə Azərbaycan Respublikasının hüdudlarından kənarda elektron qaydada təşkil olunan lotereyaların (o cümlədən virtual lotereyaların), idman mərc oyunlarının, digər yarışların və müsabiqələrin iştirakçısı vergi orqanlarında uçotda olmayan şəxs olduqda ödənişi aparan yerli bank və ya xarici bankın Azərbaycan Respublikasındakı filialları tərəfindən hesablanan ƏDV alıcının vəsaiti hesabına büdcəyə ödənilir.

“Elektron ticarət haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən elektron ticarət - informasiya sistemlərindən istifadə edilməklə malların alqı-satqısı, xidmətlərin göstərilməsi və işlərin görülməsi (o cümlədən, İnternet şəbəkəsi vasitəsi ilə elektron kitabların, musiqinin, audio-video materialların, qrafik təsvirlərin, virtual oyunların, proqram təminatlarının yüklənməsi, reklamların yerləşdirilməsi, digər analoji iş və xidmətlər) üzrə həyata keçirilən fəaliyyətdir.

Qeyd olunanları nəzərə alaraq, hesabınızdan artıq tutulmuş vergi məbləğinin qaytarılması ilə bağlı müvafiq sənədlərlə aidiyyəti üzrə müştərisi olduğunuz banka müraciət etməyiniz tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 169-cu maddəsi və “Elektron ticarət haqqında” Azərbaycan Respublikasının Qanunu.

VergiSənaye məhəlləsinin rezidentlərinə hansı vergi güzəştləri tətbiq olunur? VergiZərgərlik məmulatlarının nağd satışına görə cərimə nə qədərdir? VergiKarqo şirkətləri üçün tələblərdə hansı dəyişiklik edilib? Vergiİcarəyə götürülən obyekt üçün kod almaq mümkündürmü? VergiTorpaqların icarəyə verilməsi əməliyyatı ƏDV-yə cəlb olunurmu? VergiGüzəştli qiymətlə satış zamanı ƏDV hansı məbləğdən hesablanmalıdır? VergiQeyri-rezidentlərə xalis mənfəətə görə hesablanan vergi ilə bağlı dəyişikliklər VergiBazarın sahibi icarəyə götürülən obyektin vergi orqanında uçota qoyulmasını tələb edə bilərmi? VergiƏhalidən qızıl alışına çəkilən xərclər hansı formada gəlirdən çıxıla bilər? VergiKassa metodu ilə çalışan sahibkar üçün gəlirin əldə edilməsi vaxtı necə tənzimlənir?