18 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

DVX əməkdaşları Afinada beynəlxalq konfransda iştirak ediblər

Avropadaxili Vergi Administrasiyaları Təşkilatı (IOTA) Yunanıstanın Afina şəhərində illik beynəlxalq konfrans təşkil edib. “Dəyişən dünyada daha çevik və dayanıqlı hibrid vergi administrasiyasının formalaşdırılması” mövzusuna həsr olunmuş beynəlxalq konfransda ölkəmizi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti rəisinin müşaviri, Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinin rəisi səlahiyyətlərinin müvəqqəti icraçısı Vüsal Eynullayev, Beynəlxalq vergitutma və vergi monitorinqi baş idarəsinin şöbə rəisi Eldar Babazadə, Vergi siyasəti baş idarəsinin şöbə rəisi Gülnar İsayeva və Rəqəmsal vergi inzibatçılığı baş idarəsinin şöbə rəisi Nicat Həsənov təmsil ediblər.

Tədbirdə İOTA-ya üzv dövlətlərin vergi administrasiyalarının nümayəndələri öz ölkələrinin vergi inzibatçılığı sahəsində əldə etdikləri qabaqcıl təcrübələr əsasında fikir mübadiləsi aparıblar.
Konfransda IOTA-ya üzv vergi administrasiyalarının rəhbər vəzifəli şəxsləri, beynəlxalq təşkilatların nümayəndələri və bir sıra iş adamları iştirak ediblər.

VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu? VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır? VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar? VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu?