8 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Vergi ödəyicilərinin nəzərinə!

Vergi ödəyicilərinin nəzərinə!

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinin Qazax rayonunda yerləşən vergi ödəyicilərinə xidmət mərkəzi cari təmir işləri ilə əlaqədar 21 oktyabr 2022-ci il tarixdən 20 gün müddətinə (təmir işləri yekunlaşanadək) müvəqqəti olaraq fəaliyyət göstərməyəcək.

Dövlət Vergi Xidməti tərəfindən göstərilən xidmətlərin əksəriyyətinin elektronlaşdırıldığını nəzərə alaraq, elektron xidmətlərdən faydalanmağınız, gələcəkdə vaxtınıza qənaət məqsədilə xidmət mərkəzlərinə yalnız zəruri hallarda, yəni hər hansı xidmətin elektron analoqu olmadıqda müraciət etməyiniz tövsiyə olunur.

Qazax rayonu üzrə 14 saylı Ərazi Vergilər İdarəsində uçotda olan vergi ödəyiciləri qeyd edilən müddətdə Dövlət Vergi Xidməti tərəfindən göstərilən üzbəüz xidmətlərdən yararlanmaq üçün həmin ƏVİ-nin nəzarət əhatəsinə daxil olan Şəmkir şəhəri, H.Əliyev prospekti 5 (14 saylı ƏVİ-nin inzibati binası, iş günləri saat 09:00-dan 18:00-dək, fasiləsiz), Tovuz şəhəri, Abulbəyli kəndi (Nizami klubunun yanı, iş günləri saat 09:00-dan 14:00-dək, fasiləsiz), Ağstafa şəhəri, Qarabağ məhəlləsi, R.Əsədov küçəsi (iş günləri saat 09:00-dan 14:00-dək, fasiləsiz) və Gədəbəy şəhəri, 20 yanvar küçəsi ("Kapital bank"ın filialının yaxınlığı, iş günləri saat 09:00-dan 14:00-dək, fasiləsiz) ünvanlarında yerləşən vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərlər.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?