19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“Biznesə daxil olma” indikatoru ilə bağlı Yol Xəritəsinin təqdimatı keçiriləcək

Oktyabrın 20-də İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəhbərlik etdiyi “Biznesə daxil olma” işçi qrupunun növbəti iclası keçiriləcək.

Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsinin “Biznesə daxil olma” indikatoru üzrə Diaqnostika matrisası hazırlanıb və onun əsasında hesabatın həmin indikatorla bağlı müvafiq sahələrdə təkmilləşdirmələrin həyata keçirilməsinə dair 2022-2023-cü illər üzrə Yol Xəritəsi Nazirlər Kabineti tərəfindən təsdiq edilib.

İclasda Yol Xəritəsinin təqdimatı keçiriləcək, sənəddə qeyd olunan tədbirlərin icrası, eyni zamanda ölkəmizin beynəlxalq reytinqlərdə mövqeyinin daha da yaxşılaşdırılması üçün görülməli işlər barədə məlumatlar veriləcək, qarşıda duran vəzifələr müzakirə ediləcək.

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?