11 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının üzvləri ilə görüş keçirilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti sahibkarların vergi qanunvericiliyinin tətbiqi ilə bağlı qarşılaşdıqları çətinliklərin aradan qaldırılması və irəli sürdükləri təkliflərin öyrənilməsi istiqamətində görüşləri davam etdirir. Növbəti belə görüş Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının üzvləri ilə keçirilib. Assosiasiyanın İdarə Heyətinin sədri Səkinə Babayeva görüşün qurum üzvlərinin təşəbbüsü ilə keçirildiyini, əsas məqsədin qadın sahibkarların üzləşdiyi məsələlərin müzakirəsi, həmçinin vergi qanunvericiliyi ilə bağlı assosiasiya tərəfindən hazırlanan təkliflərin müzakirəsi olduğunu bildirib. Qeyd olunub ki, Assosiasiyaya daxil olan şirkətlərlə müzakirələr əsasında bir sıra təkliflər formalaşdırılıb. S.Babayeva bu kimi görüşlərin dövlət - özəl sektor arasında dialoq formatını inkişaf etdirməklə biznes mühitinin təkmilləşdirilməsində körpü rolunu oynadığını vurğulayıb.

Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva görüşün sahibkarların təcrübədə qarşılaşdıqları çətinliklərin öyrənilməsi, onların qanunvericilik və inzibatçılıq müstəvisində həlli yollarının axtarılması, həmçinin sahibkarlar tərəfindən irəli sürülən təkliflərin öyrənilməsi baxımından faydalı olduğunu qeyd edib. S.Musayeva son illərdə vergi sistemində aparılan islahatlar, vergi inzibatçılığında tətbiq olunan yeniliklər barədə tədbir iştirakçılarına məlumat verib.

Sonra Assosiasiya üzvləri təmsil olunduqları iqtisadi sahələrdə qarşılaşdıqları məsələlər, o cümlədən kənd təsərrüfatı sektorunda hüquqi münasibətlərin və xərclərin rəsmiləşdirilməsi, istehsal fəaliyyətinin stimullaşdırlması üçün güzəştlərin labüdlüyü, büdcədən artıq ödəmələrin operativ geri qaytarılması, bank hesablarına sərəncamların sahibkarın bütün vəsaitlərinə deyil, yaranmış borc məbləğinə yönləndirilməsi, vergi mükəlləfiyyəti, tenderlərdə iştirak üçün arayışların operativ əldə edilməsi və s. mövzularda fikirlərini bölüşüb, təkliflərini bildiriblər.

Assosiasiya üzvlərinin qanunvericiliyə gözlənilən dəyişikliklər, habelə vergilərin ödənilməsi və hesabatlılıq sahəsində qarşılaşdıqları praktiki məsələlərlə bağlı ünvanladıqları suallar DVX-nin rəhbər vəzifəli şəxsləri tərəfindən cavablandırılıb, görüşdə səsləndirilmiş bir sıra təkliflər gələcəkdə baxılması üçün qeydə alınıb.

Qeyd edək ki, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası 2017-ci ildə təsis olunub. Qurumun əsas məqsədi ölkədə qadın sahibkarlığının inkişafına dəstək verməkdir.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?