5 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İcarə haqqı formasında ödənilən məhsul ödəmə mənbəyində vergiyə necə cəlb olunur?

İcarəçi hüquqi şəxs ilə icarəyəverən fiziki şəxs arasında torpaq icarəsi müqaviləsində icarəçinin icarə obyektindən əldə etdiyi məhsulun 10 faizi icarə haqqı kimi müəyyən edilib. Bu halda ödəmə mənbəyi olmadığına görə ödəmə mənbəyində vergi necə tutulmalıdır?

Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin müddəalarına əsasən, icarəyə verən fiziki şəxs olduğu halda, onun vergi ödəyicisi kimi vergi orqanlarında uçotda olub-olmamasından asılı olmayaraq vergi ödəyicisi tərəfindən ona ödənilən icarə haqlarından ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi hesablanaraq dövlət büdcəsinə ödənilir.

İcarə haqqından ödəmə mənbəyində vergi tutmalı olan şəxs gəlirin ödənildiyi rübdən sonrakı ayın 20-dən gec olmayaraq vergini büdcəyə köçürməli və ödəmə mənbəyində vergi bəyannaməsini vergi orqanına təqdim etməlidir.

Sorğuda qeyd olunan halda, icarə haqqı formasında ödənilən məhsulun bazar qiymətindən ödəmə mənbəyində 14 faiz dərəcə vergi tutularaq dövlət büdcəsinə ödənilməlidir.

Əsas: Vergi Məcəlləsinin 14-cü, 99-cu, 124-cü və 150-ci maddələri.

VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu? VergiHansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz?