Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin müddəalarına əsasən, icarəyə verən fiziki şəxs olduğu halda, onun vergi ödəyicisi kimi vergi orqanlarında uçotda olub-olmamasından asılı olmayaraq vergi ödəyicisi tərəfindən ona ödənilən icarə haqlarından ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi hesablanaraq dövlət büdcəsinə ödənilir.
İcarə haqqından ödəmə mənbəyində vergi tutmalı olan şəxs gəlirin ödənildiyi rübdən sonrakı ayın 20-dən gec olmayaraq vergini büdcəyə köçürməli və ödəmə mənbəyində vergi bəyannaməsini vergi orqanına təqdim etməlidir.
Sorğuda qeyd olunan halda, icarə haqqı formasında ödənilən məhsulun bazar qiymətindən ödəmə mənbəyində 14 faiz dərəcə vergi tutularaq dövlət büdcəsinə ödənilməlidir.
Əsas: Vergi Məcəlləsinin 14-cü, 99-cu, 124-cü və 150-ci maddələri.