24 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Hesabatın verilməsi müddətinin uzadılması necə tənzimlənir?

Hesabatın verilməsi müddətinin uzadılması necə tənzimlənir?

Müəssisə tərəfindən cari vergi ödəmələri müəssisənin şəxsi hesab vərəqəsində olan yaranmış artıq ödəmələri hesabına silinmişdir. Eyni zamanda müəssisə mənfəət vergisi üzrə hesabatın verilməsi müddətinin uzadılması barədə müraciət etmək niyyətindədir. Cari vergi ödəmələri müəssisənin artıq ödədiyi vəsait hesabına silindiyi üçün vergi orqanları mənfəət vergisi hesabatının verilməsi müddətinin uzadılmasından imtina edə bilərmi?

Dövlət Vergi Xidmətindən bilidirilib ki, hesabatın verilməsi müddətinin uzadılması Vergi Məcəlləsinin 74-cü maddəsi ilə tənzimlənir. Həmin maddənin müddəalarına əsasən, hesabatın verilmə müddəti başa çatanadək vergi ödəyicisi gəlir vergisinin və ya mənfəət vergisinin hesabatının verilməsi müddətinin uzadılması barədə müraciət edirsə və bu zaman ödənilməli olan verginin məbləğini tamamilə ödəyirsə, hesabatın verilməsi müddəti üç ayadək uzadılmış hesab olunur. Bu maddəyə uyğun olaraq müddətin uzadılması verginin ödənilməsi müddətini dəyişdirmir.

Vergi ödəyicisinin cari vergi ödəmələrinin məbləğinin həmin vergi ödəyicisinin şəxsi hesab vərəqəsində mövcud olan artıq ödəməsi hesabına ödənilməsinə Vergi Məcəlləsində məhdudiyyət nəzərdə tutulmadığından vergi ödəyicisinin şəxsi hesab vərəqəsində mövcud olan artıq ödəmə hesabına mənfəət vergisi tam ödənildiyi və vergi ödəyicisinin şəxsi hesab vərəqəsində mənfəət vergisi üzrə borcu olmadığı halda mənfəət vergisi üzrə hesabatın verilmə müddəti uzadıla bilər.

Əsas: Vergi Məcəlləsinin 74-cü maddəsi.

VergiMüharibə veteranının əməkhaqqından tutulmuş gəlir vergisinin geri qaytarılması mümkündürmü? VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması