Hesabatın verilməsi müddətinin uzadılması necə tənzimlənir?

2022.08.30 14:45 (UTC+04:00)

Dövlət Vergi Xidmətindən bilidirilib ki, hesabatın verilməsi müddətinin uzadılması Vergi Məcəlləsinin 74-cü maddəsi ilə tənzimlənir. Həmin maddənin müddəalarına əsasən, hesabatın verilmə müddəti başa çatanadək vergi ödəyicisi gəlir vergisinin və ya mənfəət vergisinin hesabatının verilməsi müddətinin uzadılması barədə müraciət edirsə və bu zaman ödənilməli olan verginin məbləğini tamamilə ödəyirsə, hesabatın verilməsi müddəti üç ayadək uzadılmış hesab olunur. Bu maddəyə uyğun olaraq müddətin uzadılması verginin ödənilməsi müddətini dəyişdirmir.

Vergi ödəyicisinin cari vergi ödəmələrinin məbləğinin həmin vergi ödəyicisinin şəxsi hesab vərəqəsində mövcud olan artıq ödəməsi hesabına ödənilməsinə Vergi Məcəlləsində məhdudiyyət nəzərdə tutulmadığından vergi ödəyicisinin şəxsi hesab vərəqəsində mövcud olan artıq ödəmə hesabına mənfəət vergisi tam ödənildiyi və vergi ödəyicisinin şəxsi hesab vərəqəsində mənfəət vergisi üzrə borcu olmadığı halda mənfəət vergisi üzrə hesabatın verilmə müddəti uzadıla bilər.

Əsas: Vergi Məcəlləsinin 74-cü maddəsi.