19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Elektron qeydiyyat ərizələrinin 83 faizi “Asan imza” ilə təqdim olunub

2022-ci ilin iyul ayının 1-nə respublika üzrə uçotda olan 1.363.776 vergi ödəyicisinin 87,6 faizi fiziki şəxslər, 12,4 faizi isə hüquqi şəxslər və digər təşkilatlardır. 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin sayı 7,3 faiz, o cümlədən fiziki şəxslərin sayı 7,1 faiz (ümumi artımın 85,3 faizi), hüquqi şəxslərin sayı 8,6 faiz (ümumi artımın 14,7 faizi) artıb.

Yanvar-iyun ayları ərzində 7.658 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 36 faiz çoxdur. Bu kommersiya qurumlarının 72,7 faizi elektron qaydada, 27,3 faizi kağız daşıyıcılarda edilmiş müraciətlər əsasında qeydə alınıb və onlardan 1308-nin (ümumi qeydiyyatın 17,1 faizinin) ƏDV-nin məqsədləri üçün qeydiyyata alınması ilkin qeydiyyat proseduru çərçivəsndə təmin olunub.

2022-ci ilin 6 ayı ərzində qeydiyyatdan keçmiş kommersiya qurumlarının 77,5 faizi yerli investisiyalı, 22,5 faizi xarici investisiyalı qurumlardır. Cari ilin ilk altı ayının hər birində kommersiya qurumlarının dövlət qeydiyyatının həcmi əvvəlki ilin müvafiq ayları ilə müqayisədə artıb.

Yanvar-iyun ayları ərzində fəaliyyəti aktivləşmiş (bərpa edilmiş) hüquqi şəxslərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 19,8 faiz, fəaliyyəti aktivləşmiş ƏDV ödəyicilərinin sayı isə 15,6 faiz artıb.

2022-ci ilin iyul ayının 1-nə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 89,3 faizi məhdud məsuliyyətli cəmiyyət, 1,4 faizi səhmdar cəmiyyət, 1,2 faizi kooperativ və s. formalarda yaradılıb.

Yeni qeydiyyat üsulu ilə (fin kod+mobil nömrə) 2022-ci ilin ilk 6 ayında 946 yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyət (2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 64 vahid çox) qeydiyyata alınıb. Bu üsulun ümumi qeydiyyatda xüsusi çəkisi 12,4 faiz, yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin qeydiyyatında isə 16,1 faiz təşkil edib.

Ümumiyyətlə, ilin əvvəlindən icra olunmuş elektron qeydiyyat ərizələrinin 4622-si və ya 83 faizi “Asan imza” ilə təqdim olunub.

2022-ci ilin iyul ayının 1-nə qeydiyyatda olan publik hüquqi şəxslərin sayı 357-dir.

VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu?