19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Dövlət Vergi Xidməti tərəfindən təşkil olunmuş Yay Təcrübə Proqramına start verilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) Şamaxıda yerləşən Tədris Mərkəzində DVX tərəfindən təşkil olunmuş Yay Təcrübə Proqramının açılış mərasimi keçirilib.

Qeyd edək ki, seçim mərhələsində 175 namizəd arasından 75 tələbə uğur qazanıb. Yay Təcrübə Proqramı çərçivəsində ölkə üzrə müxtəlif universitetlərin bir qrup tələbəsinə Dövlət Vergi Xidmətinin peşəkar təlimçiləri tərəfindən vergi inzibatçılığı mövzusunda təlimlər keçiriləcək. Eyni zamanda, kənar təlimçilər tərəfindən ünsiyyət bacarıqları, emosional zəka və digər təlimlər də təşkil olunacaq. Bununla yanaşı, iştirakçıların asudə vaxtlarının daha səmərəli təşkili üçün yay düşərgəsinin proqramına Şamaxının turizm məkanlarına səfərlər, intellektual oyunlar və yarışlar daxil edilib.

Açılış mərasimində çıxış edən DVX rəisinin müşaviri, Tədris Mərkəzinin rəisi vəzifəsinin müvəqqəti icraçısı Sərxan Həşimov layihə çərçivəsində keçiriləcək tədbirlər barədə məlumat verərək bildirib ki, bu təlimlər gənclərin karyeraları üçün faydalı səriştələrin inkişafına yönəldilib. Proqram tələbələrin bilik və bacarıqlarının artırılması ilə yanaşı, onların gələcək karyera inkişafında faydalı platforma rolunu oynayacaq.

DVX-nin İnsan resursları Baş İdarəsinin rəisi Aytən Kərimova layihənin məqsədi barədə məlumat verib və gənclərə bu fürsətdən yararlanmağı tövsiyə edib. Bildirib ki, Yay Təcrübə Proqramı tələbələrin vergi sahəsində nəzəri və praktiki biliklər əldə etməsini, onların vergi xidmətinin işində praktiki iştirakını nəzərdə tutan, həmçinin gələcəkdə vergi orqanlarında karyera qurmaq imkanlarını dəstəkləyən layihədir. Bu təşəbbüsün həyata keçirilməsində məqsədlərdən biri istedadlı gəncləri aşkarlamaq, onların dövlət qulluğuna olan marağını təşviq etməkdir.

Qeyd edək ki, layihə çərçivəsində təşkil olunan yay düşərgəsinin davamı olaraq, tələbələr iyul-avqust aylarında Dövlət Vergi Xidmətinin Aparatının struktur bölmələri və strukturuna daxil olan qurumlarında əvvəlcədən hazırlanmış proqram əsasında təcrübə keçəcəklər.

VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu?