24 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Vergi orqanlarında daxili müsabiqə keçirilib

Vergi orqanlarında daxili müsabiqə keçirilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində idarəetmə bacarıqları və bilik səviyyəsi yüksək olan əməkdaşlar sırasından yuxarı menecer vəzifələri üçün ehtiyat kadrlar bazasının formalaşdırılması məqsədilə müsabiqə keçirilib. İki mərhələdən ibarət olan müsabiqədə iştirak etmək üçün Dövlət Vergi Xidmətində çalışan 94 nəfər müraciət edib, onlardan 85 namizəd müsabiqədə iştirak edib.

Müsabiqədə iştirakçılara idarəetmə bacarıqlarının, eləcə də vergilər və vergitutmaya dair biliklərin qiymətləndirilməsi üzrə suallar təqdim olunub. 1-ci mərhələnin yekunu olaraq, müsabiqədə iştirak hüququ qazanmış 85 namizəddən 9-u növbəti mərhələyə buraxılıb. 2-ci mərhələdə Dövlət Vergi Xidmətinin rəhbər şəxslərindən ibarət komissiya tərəfindən 9 namizədlə fərdi qaydada müsahibə aparılıb. Namizədlər “Dövlət vergi orqanlarının əsas fəaliyyət istiqamətləri: problemlər, onları doğuran səbəblər və həlli yolları” mövzusunda təqdimatla çıxış ediblər.

Müsabiqədə uğur qazanan əməkdaşların dövlət vergi orqanlarında yuxarı menecer vəzifələri üçün ehtiyat kadrlar bazasına daxil edilməsi, müsabiqənin yekun mərhələsində iştirak etsə də, adları ehtiyat kadrlar bazasına düşməyən şəxslərin isə müvafiq idarəetmə bacarıqlarının təkmilləşdirilməsi ilə bağlı tədbirlərin görülməsi planlaşdırılır.

VergiMüharibə veteranının əməkhaqqından tutulmuş gəlir vergisinin geri qaytarılması mümkündürmü? VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması