9 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Xammal və material sərfi normaları barədə formanın təqdim olunması

Xammal və material sərfi normaları barədə formanın təqdim olunması

Əkin materialları (ağac, kol, gül) alıb-satan müəssisə həm də öz yetişdirdiyi gülləri satır. Müəssisənin özü tərəfindən yetişdirilmiş güllər üçün vergi orqanına istehsal olunan məhsulun vahidinə tələb olunan xammal və material sərfi normaları barədə məlumat forması təqdim etməlidirmi?

Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 1 yanvar 2022-ci il tarixdən qüvvəyə minmiş 16.1.4-2-ci maddəsinə əsasən, mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla, istehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən istehsal olunan məhsulun vahidinə tələb olunan xammal və material sərfi normaları barədə forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən məlumatı hər il yanvar ayının 31-dək elektron qaydada vergi orqanına təqdim etmək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir.

Buna əsasən müəssisənin mikro və ya kiçik sahibkarlıq subyekti hesab olunduğu hallar istisna olmaqla, güllərin yetişdirilməsi fəaliyyəti üzrə istehsal edilən məhsulun vahidinə tələb olunan faktiki istifadə olunmuş xammal və material sərfi normaları barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Kollegiyasının 29 mart 2022-ci il tarixli Qərarı ilə təsdiq edilmiş Məlumat Forması vergi orqanına təqdim olunmalıdır.

Əsas: Vergi Məcəlləsinin 16.1.4-2-ci maddəsi

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?