13 Mart 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Yay Təcrübə Proqramının qrup tapşırıqları mərhələsi keçirilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən tələbələrin bilik, bacarıq və şəxsi inkişafına dəstək məqsədilə keçirilməsi nəzərdə tutulan Yay Təcrübə Proqramına hazırlıqlar davam edir. Proqramda iştirak üçün tələbələr arasında seçimlərlə bağlı Bakı və Mingəçevir şəhərlərində qrup tapşırıqları mərhələsi keçirilib. Bu mərhələdə paytaxt və regionlarda yeləşən ali təhsil müəssisələrinin 160-dək tələbəsi iştirak edib.

Qrup tapşırıqları ölkə Prezidenti tərəfindən təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in əsas istiqamətlərindən biri olan işğaldan azad edilmiş ərazilərə böyük qayıdış, burada aparılan tikinti-quruculuq işləri üzrə mövzuları əhatə edib. Dövlət Vergi Xidmətinin müşahidəçiləri tərəfindən tələbələrin qrup şəklində bu mövzularda qarşıya qoyulan müxtəlif tapşırıq və məsələləri həll etmək, ortaya çıxan suallara aydınlıq gətirməklə həlli yollarını tapmaq və s. bağlı bilik və bacarıqları yoxlanılıb.

Qrup tapşırıqları mərhələsi üzrə seçilmiş tələbələr Dövlət Vergi Xidmətinin Şamaxı rayonunda yerləşən Tədris Mərkəzində yay düşərgəsində iştirak edəcəklər.

Qeyd edilməlidir ki, Dövlət Vergi Xidmətində təşkil ediləcək ilk Yay Təcrübə Proqramı tələbələrin vergi sahəsində nəzəri və praktiki biliklər əldə etməsini, onların vergi xidmətinin işində praktiki iştirakını nəzərdə tutan, həmçinin gələcəkdə vergi orqanlarında karyera qurmaq imkanlarını dəstəkləyən innovativ inkişaf proqramıdır. Layihə tələbələrin şəxsi keyfiyyətlərinin artırılması və karyera yollarında istiqamətlənməsinə yardımçı olacaq. Yay Təcrübə Proqramının, iki hissədən ibarət olmaqla, iyulun 15-dən sentyabrın 2-dək keçirilməsi nəzərdə tutulur.

VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu? VergiHansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz? Vergiİxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu? Vergiİşçinin vəfatı ilə əlaqədar onun vərəsələrinə ödənilən müavinətdən vergi və sosial ödənişlər tutulurmu? VergiPay torpağına görə nə qədər sosial ödəniş edilməlidir? Vergiİlin sonunda alınan əsas vəsaitə amortizasiya xərci hesablamaq olarmı?