9 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Vergilər Nazirliyi daha bir yeniliyə hazırlaşır

Vergilər Nazirliyi daha bir yeniliyə hazırlaşır

Vergilər Nazirliyi kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı prosedurunun sadələşdirilməsi istiqamətində texniki cəhətdən daha bir yenilik etməyə hazırlaşır. Yaxın vaxtlarda reallaşdırılacaq bu yenilik hüquqi şəxslərin təsis sənədlərində edilən dəyişikliklərin xüsusi proqram təminatı vasitəsilə onlayn rejimdə tətbiqini nəzərdə tutur. Bu yenilik sayəsində təsis sənədləri hazırda olduğu kimi kağız daşıyıcılarla deyil, elektron qaydada onlayn şəkildə təqdim olunacaq.

Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin direktoru Samir Seyidəhmədli "vergiler.az"a bildirib ki, real vaxt rejimində işləyəcək yeni proqramın tərtibi müvafiq qanunvericiliyə edilmiş dəyişikliklərdə də əksini tapıb. Eyni zamanda, xüsusi proqramla yanaşı, qanunvericiliyin tələbinə əsasən təsis sənədlərinə edilmiş dəyişiklikləri elektron imza ilə imzalayaraq aidiyyəti qeydiyyat orqanına elektron kabinet vasitəsilə təqdim edildiyi təqdirdə də müvafiq sənədlər qeydiyyata alınaraq şəxsin elektron kabinetinə göndəriləcəkdir. Artıq bu prosesə başlanılıb, qanunvericiliyə müvafiq dəyişikliklər edilib, texniki tapşırıqlar verilib.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?