23 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Qrant vəsaiti ilə alınan malları satan şirkət hansı sənədləri tələb etməlidir?

Qrant vəsaiti ilə alınan malları satan şirkət hansı sənədləri tələb etməlidir?

Təcrübədə bir şirkətin əməkdaşlıq etdiyi digər təşkilatın ona qrant vəsaiti ilə çalışdığını bildirməsi kimi hallara rast gəlirik. Həmin təşkilat mallara (işlərə, xidmətlərə) görə ƏDV-nin 0 dərəcə ilə cəlb edilməli olduğunu tələb edir. Bəs bu halda malları satan şirkətin mühasibatı qarşı tərəfdən hansı sənədlər tələb etməlidir? Məsələyə vergi mütəxəssisi İlqar Əsədov aydınlıq gətirir.

ƏDV-yə sıfır dərəcə ilə cəlb edilmə əməliyyatları ilə bağlı mühasiblər daha çox ehtiyat edirlər. Bəzən hədsiz narahatlıq qarşı tərəfdən əsassız sənədlərin tələb edilməsinə, yaxud onlarla əməliyyatların həyata keçirilməməsindən imtinaya gətirib çıxarır. Əsassız tələb edilən sənədlərdən biri də ƏDV-nin sıfır dərəcəsi ilə bağlı sertifikatdır. Bu cür hallarda mühasiblərin tərəfdaş təşkilatlardan sıfır faiz sertifikatı tələb etməmələri düzgün deyil: çünki bu əməliyyat üçün qanunvericiliklə belə bir sertifikat müəyyən edilməyib.

Qrant müqaviləsi üzrə vəsait əldə etmiş təşkilat resipiyent qismində malları (işləri, xidmətləri) ƏDV-yə sıfır dərəcə ilə cəlb edilmiş formada əldə etmək istəyirsə, ondan qrant müqaviləsini və həmin müqavilənin dövlət qeydiyyatına alınması barədə bildirişi tələb etmək kifayətdir.

Qeyd edək ki, “Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası”nın təsdiq edilməsi barədə Nazirlər Kabinetinin 5 iyun 2015-ci il tarixli 216 nömrəli qərarı mövcuddur.

Müqavilələrin qeydə alınması kommersiya qurumlarına, publik hüquqi şəxslərə münasibətdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, dini qurumlara münasibətdə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, digər qeyri-kommersiya qurumlarına və fiziki şəxslərə münasibətdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilir.

Bundan başqa, ƏDV bəyannaməsinin 8 nömrəli Əlavəsində nəsə yazmağa ehtiyac yoxdur.

VergiMüharibə veteranının əməkhaqqından tutulmuş gəlir vergisinin geri qaytarılması mümkündürmü? VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması