7 Mart 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Vətəndaşların müraciətlərinə fərdi qaydada yanaşılır

2019-cu ilin 1-ci rübündə vergi orqanlarına 63.388 müraciət daxil olub ki, onların da 94,3 faizi ərizə, 5,6 faizi şikayət, 0,1 faizi isə təklif xarakterli olub.

Daxil olmuş müraciətlərin 51,9 faizi müxtəlif arayışların alınması, 16,8 faizi kameral vergi yoxlamaları, 11,9 faizi sosial sığorta ödənişləri, 7,8 faizi vergi borcları, qalanları ƏDV, vergi qanunvericiliyinin tətbiqi, vergidən yayınma, qanunsuz sahibkarlıq fəaliyyəti, nağd hesablaşmaların aparılması qaydalarının pozulması, səyyar vergi yoxlamaları, operativ vergi nəzarəti tədbirləri, işə qəbul, işlə təmin edilmə və digər məsələlərlə bağlı olub. Hesabat dövründə vergi orqanlarına daxil olmuş müraciətlərin 79,9 faizi tam, 0,3 faizi qismən müsbət həll olunub, 18,5 faizi barədə müvafiq izahatlar verilib.

Vergilər Nazirliyinin Aparatına daxil olmuş 5.168 müraciətdən 72,8 faizi ərizə, 26,0 faizi şikayət,1,2 faizi təklifdir. Müraciətlər kameral vergi yoxlamaları, sosial sığorta ödənişləri, vergi qanunvericiliyinin tətbiqi, vergidən yayınma, nağd hesablaşmaların aparılması qaydalarının pozulması, qanunsuz sahibkarlıq fəaliyyəti, müxtəlif arayışların alınması və digər məsələlərlə bağlı olub.

2019-cu ilin 1-ci rübü ərzində vergi orqanlarının aidiyyəti struktur bölmələrinin və vahidlərinin rəhbərləri və digər vəzifəli şəxsləri tərəfindən ümumilikdə 1.408 vətəndaş qəbul edilib. Qəbul zamanı hər bir vətəndaşın müraciətinə fərdi qaydada yanaşılıb, onların qanuni tələblərinin müsbət həll olunması üçün lazımi tədbirlər görülüb, həlli imkan xaricində olan məsələlərlə bağlı qanunamüvafiq izahatlar verilib.

VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu? VergiHansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz? Vergiİxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu? Vergiİşçinin vəfatı ilə əlaqədar onun vərəsələrinə ödənilən müavinətdən vergi və sosial ödənişlər tutulurmu? VergiPay torpağına görə nə qədər sosial ödəniş edilməlidir? Vergiİlin sonunda alınan əsas vəsaitə amortizasiya xərci hesablamaq olarmı? VergiKriptovalyuta alğı-satqısı ilə məşğul olan fiziki şəxsin vergi öhdəliyi Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiVergi ödəyicisi eyni vaxtda bir neçə güzəştdən yararlana bilərmi?