15 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Maddi yardımlar vergiyə cəlb olunurmu?

Sosial həmrəylik tədbirləri çərçivəsində bayram günlərində müəssisənin işçisi olmayan, yardıma ehtiyac duyan vətəndaşlara pul şəklində müxtəlif maddi yardımlar edilir. Həmin yardımlar vergiyə və məcburi dövlət sosial sığorta haqlarına cəlb olunurmu?

Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 1 yanvar 2022-ci il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən muzdlu işçi kimi cəlb etmədiyi fiziki şəxslərə ödənilən maddi yardımlardan ödəmə mənbəyində 14 faiz dərəcə ilə gəlir vergisi tutulur. Müəssisə tərəfindən işçisi olmayan şəxsə ödənilən həmin maddi yardımlar sosial sığorta haqqından azaddır.

Əsas: kimi Vergi Məcəlləsinin 101.2-ci və 150.1.7-ci maddələri və “Sosial sığorta haqqında” Qanununun 15-ci maddəsi

VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu? VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır? VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar? VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu?