Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 1 yanvar 2022-ci il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən muzdlu işçi kimi cəlb etmədiyi fiziki şəxslərə ödənilən maddi yardımlardan ödəmə mənbəyində 14 faiz dərəcə ilə gəlir vergisi tutulur. Müəssisə tərəfindən işçisi olmayan şəxsə ödənilən həmin maddi yardımlar sosial sığorta haqqından azaddır.
Əsas: kimi Vergi Məcəlləsinin 101.2-ci və 150.1.7-ci maddələri və “Sosial sığorta haqqında” Qanununun 15-ci maddəsi