15 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Kadr bazasını formalaşdırmaq məqsədilə tеst imtаhаnı keçirilib

Dövlət İmtahan Mərkəzi tərəfindən Dövlət Vergi Xidmətinin sifarişi əsasında 11 aprel 2022-ci il tarixində vergi orqanlarında inzibati rəhbər (idarəetmə) vəzifələri üçün ehtiyat kadrlar bazasının formalaşdırılması məqsədilə namizədlərin idarəetmə bacarıqlarının qiymətləndirilməsi üçün kompüter əsaslı test imtahanı keçirilib.

COVID-19 pandemiyası ilə əlaqədar ehtiyat tədbirləri çərçivəsində görülən işlərə uyğun olaraq imtahan binasına yalnız tibbi maska daxil olmağa icazə verilib, namizədlərin məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb və zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub. İmtahan zalında namizədlərin bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunub.

İmtahan saat 10-da başlanıb və 3 saat davam edib. İmtahanda 78 nəfər iştirak edib.

İmtahanda namizədlərin müxtəlif səriştələrini ölçmək üçün 50 situasiya tipli test tapşırığı olmaqla ümumilikdə 81 sual təqdim olunub.

İmtahanda aşağıdakı əsas səriştələr qiymətləndirilib:

  • Strateji düşünmə;
  • Liderlik;
  • Etibarlılıq;
  • Konseptual (analitik) düşünmə;
  • Planlaşdırma, təşkil etmə, əlaqələndirmə;
  • Dəyişiklikləri idarəetmə;
  • İnnovativ və yaradıcı düşünmə;
  • Problem həlletmə;
  • Başqalarını inkişaf etdirmə.

Ümumi nəticədən əlavə iştirakçılara qiymətləndirmə aparılan səriştələr üzrə maarifləndirici xarakterli tövsiyələr də təqdim olunacaq.

VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu?