19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Sadələşdirilmiş vergi üzrə sabit qəbzin müddəti nə qədərdir?

Fərdi qaydada fotoqraf fəaliyyəti ilə məşğul olmaq istəyən vətəndaş Bakıda fəaliyyət göstərəcəyini nəzərə alaraq ayda 30 manat vergi, 30 manat məcburi dövlət sosial sığorta haqqı, 12 manat icbari tibbi sığorta haqqı ödəyib sadələşdirilmiş vergi üzrə sabit qəbz almalıdır. Vergi Məcəlləsində onun qəbzi növbəti ay, rüb, yarımil, il üçün alına biləcəyi qeyd olunub. Bu tarixlər hansı müddətləri nəzərdə tutur?

Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 218.4.4-cü maddəsində göstərilən fiziki şəxslər bu Məcəllənin 220.10-cu maddədə nəzərdə tutulan fəaliyyəti həyata keçirməyə başlayanadək, müvafiq icra hakimiyyəti orqanından könüllü olaraq növbəti ay, rüb, yarımil və ya il üçün “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” almalıdır. “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” vergi ödəyicisi yazılı müraciət etdikdə iki iş günündən gec olmayaraq, elektron qaydada müraciət etdikdə isə real vaxt rejimində verilir.

Vergi ödəyicisi “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” almaq üçün ərizə ilə müraciət etdikdə, müraciətdə "Qəbzin qüvvədə olma müddəti"ni qeyd edir. Qəbzin qüvvədə olma müddəti ərizədə göstərilən tarixdən etibarən növbəti ay, rüb, yarımil və ya il üçün hesablanır.

Əsas: Vergi Məcəlləsinin 218-ci, 220-ci maddələri.

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?