18 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“Vergi Məcəlləsi. Ümumi hissənin izahı” adlı kitab nəşr olunub

İqtisadçı Anar Bayramovun “Vergi Məcəlləsi. Ümumi hissənin izahı” kitabı nəşr olunub. “mks.az” saytının “Öyrətmək savab, öyrənmək qazanc” seriyasından nəşr etdiyi kitabda Vergi Məcəlləsinin 96 maddəlik ümumi hissəsində göstərilən vergi sistemi, vergitutmanın formaları, vergilərin müəyyən edilməsinin əsas şərtləri və Məcəllədə istifadə olunan əsas anlayışlar, eləcə də vergi ödəyicisi, vergi agenti, dövlət vergi orqanları, vergi nəzarəti kimi məsələlər şərh olunub.

Kitabda vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, vergi orqanlarının qərarlarından (aktlarından) və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət verilməsi və vergilərin ödənilməsi ilə bağlı ümumi qaydalar əhatə olunub.

Vergi Məcəlləsinin ümumi hissəsində təsbit olunan müddəaların izahında praktiki misal və nümunələrdən geniş istifadə olunub, mürəkkəb məsələlər sadələşdirilərək anlaşıqlı dildə şərh edilib. Bununla yanaşı, izahların dərinləşdirilməsi üçün Mülki Məcəllədən, Mülki Prosessual Məcəllədən, Cinayət Məcəlləsindən, İnzibati Xətalar Məcəlləsindən, Azərbaycan Respublikasının qanunlarından, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarından, Nazirlər Kabinetinin qərarları ilə təsdiq olunmuş qayda, əsasnamə və digər normativ hüquqi aktlardan, mərkəzi icra hakimiyyətlərinin, o cümlədən Azərbaycan Rerspublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin normativ sənədlərindən istifadə olunub.

Kitabı əldə etmək üçün 050-368-12-72, 012-564-86-85 nömrəli telefonlara zəng edə və ya [email protected] ünvanına yazıb sifariş verə bilərsiniz.

VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu? VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır? VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar? VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu?