11 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Alman-Azərbaycan Xarici Ticarət Palatası ilə görüş keçirilib

Martın 14-də İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK-Azərbaycan) rəhbərliyi arasında görüş keçirilib.

Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli ölkəmizin vergi sistemində aparılan islahatlara diqqət çəkərək, bu islahatların biznes və investisiya mühitinin yaxşılaşdırılması, vergi yükünün azaldılması, vergilərin optimallaşdırılması, vergi orqanları ilə sahibkarlar arasında münasibətlərin yeni müstəvidə qurulması və vergi inzibatçılığının təkmilləşdirilməsi ilə bağlı olduğunu bildirib. Qeyd edilib ki, Dövlət Vergi Xidmətinin başlıca strategiyası dövlətin həyata keçirdiyi fiskal siyasətə uyğun olaraq vergi ödəyiciləri tərəfindən büdcəyə ödənilən vergilərin tam və vaxtında ödənilməsini təmin etməkdir. Müasir iqtisadi şərait, biznes mühiti, iqtisadiyyatın strukturunda baş verən dəyişikliklər həm vergi ödənişlərinin təmin edilməsi, həm də vergi inzibatçılığının həyata keçirilməsi baxımından qarşıya yeni tələblər qoyur. Vergi inzibatçılığının və qanunvericiliyin təkmilləşdirilməsi, vergi ödəyicilərinə göstərilən xidmətlərin keyfiyyətinin artırılması, vergi ödəyiciləri ilə əlaqələrin yeni müstəvidə qurulması həyata keçirilən islahatların əsas prioritetlərindəndir. Vurğulanıb ki, Dövlət Vergi Xidməti biznes nümayəndələri, o cümlədən Alman-Azərbaycan Xarici Ticarət Palatası ilə əməkdaşlığa, açıq dialoqa və qarşılıqlı fikir mübadiləsinə böyük əhəmiyyət verir. Müzakirələr üçün platformaya çevrilmiş bu əlaqələr biznes mühitinin yaxşılaşdırılması prosesinə töhfə verir.

Görüşdə birgə əməkdaşlıq imkanlarının inkişafına toxunan AHK-Azərbaycanın icraçı direktoru Tobias Baumann qeyd edib ki, Dövlət Vergi Xidmətinin rəhbərliyi ilə görüşmək, fikir mübadiləsi aparmaq Palatanın üzvləri üçün son dərəcədə vacibdir. Bildirilib ki, AHK-Azərbaycan 2012-ci ildən etibarən alman iqtisadiyyatının Azərbaycanda rəsmi nümayəndəliyi olaraq, şirkətlərə bazar və biznes araşdırmaları ilə bağlı məlumat və dəstək verir. 140-dan artıq üzv şirkəti ilə AHK-Azərbaycan Avropanın ölkəmizdəki ən geniş şəbəkəyə malik iqtisadi assosiasiyalarından biridir.

AHK Azərbaycanın İdarə Heyətinin sədri Fərid İsayev Azərbaycan və Almaniya arasında iqtisadi əməkdaşlığın genişləndiyini, ölkələrimiz arasında imzalanmış müxtəlif sənədlərin xarici investorların iqtisadiyyatın müxtəlif sahələrdə fəal iştirakına əlverişli şərait yaratdığını bildirib. Qeyd edilib ki, iqtisadi əlaqələrin möhkəmlənməsində "AHK Azərbaycan”ın fəaliyyəti mühüm əhəmiyyət kəsb edir.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında da müzakirələr aparılıb.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?