4 Oktyabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Daha 301 yerli investisiyalı MMC yeni üsulla qeydiyyata alınıb

2022-ci ilin martın 1-nə respublika üzrə uçotda olan 1.352.229 vergi ödəyicisinin 87,9 faizi fiziki şəxslər, 12,1 faizi hüquqi şəxslər və digər təşkilatlar olub. 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 9,8 faiz, o cümlədən fiziki şəxslərin sayı 10,1 faiz, hüquqi şəxslərin sayı isə 7,8 faiz artıb.

Yanvar-fevral ayları ərzində 2.163 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,2 faiz çoxdur. Həmin kommersiya qurumlarının 84,9 faizii elektron qaydada, 15,1 faizi kağız daşıyıcılarında edilmiş müraciətlər əsasında qeydiyyata alınıb. 2.163 kommersiya qurumundan 89,8 faizi yerli investisiyalı, 10,2 faizi xarici investisiyalı müəssisələrdir. 364 kommersiya qurumunun ƏDV məqsədləri üçün qeydiyyata alınması təmin olunub.

Martın 1-nə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 88,9 faizi məhdud məsuliyyətli cəmiyyət, 1,5 faizi səhmdar cəmiyyət, 1,2 faizi kooperativ və s. formalarda yaradılıb.

Yanvar və fevral aylarında yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi 95,3 faiz təşkil edib. Yeni qeydiyyat üsulu ilə (fin kod+mobil nömrə) 301 yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyət qeydiyyata alınıb. Bu üsulun ümumi qeydiyyatda xüsusi çəkisi 13,9 faiz, yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin qeydiyyatında isə 15,6 faiz təşkil edib.

Yanvar-fevral aylarında fəaliyyəti aktivləşmiş (bərpa edilmiş) hüquqi şəxslərin sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 25,4 faiz, fəaliyyəti aktivləşmiş ƏDV ödəyicilərinin sayı 29,5 faiz artıb. Martın 1-nə dövlət qeydiyyatında olan 147.874 kommersiya qurumundan 89.128-nin vəziyyəti aktiv olub. 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə aktiv kommersiya qurumlarının sayı 12,2 faiz artıb, xüsusi çəkisi isə artaraq 60,3 faizə çatıb.

Mart ayının 1-nə 320 publik hüquqi şəxs, 17.082 xarici investisiyalı kommersiya hüquqi şəxs dövlət qeydiyyatından keçib. Xarici investisiyalı kommersiya hüquqi şəxslərin 11.544-nün fəaliyyəti aktivdir, 4.631-nin fəaliyyəti dayandırılıb, 907-i isə ləğv edilib. Fəaliyyəti aktiv xarici investisiyalı kommersiya qurumlarının sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,5 artıb.

VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiRezident şirkətin beynəlxalq daşımalara görə qeyri-rezidentə ödədiyi məbləğlərdən vergi tutulması VergiƏlilliyi olan şəxsə qulluq edən ailə üzvlərinin vergi güzəştləri VergiHüquqi şəxslər “Mənfəət vergisinin bəyannaməsi"ni rüblər üzrə təqdim edə bilərlərmi? VergiOrta aylıq muzdlu işçi sayı necə müəyyən edilir? VergiVÖEN-in ləğv edilməsi üçün nə tələb olunur? VergiMüəssisədə rəhbər dəyişikliyi necə rəsmiləşdirilir? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiQeyri-rezidentə ödənilən avans geri qayıtdıqda hesablanan ƏDV-ni qaytarmaq mümkündürmü? VergiOrta aylıq muzdlu işçi sayı necə müəyyən edilir?