18 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Təsisçinin xeyrinə edilən köçürmələrin vergiyə cəlb olunması

Təcrübədə müəssisənin öz təsisçisinin xeyrinə müəyyən köçürmələr, ödənişlər etməsi hallarına rast gəlirik. Belə hallarda hansı vergi öhdəliyi yaranır? “vergiler.az”ın sualına iqtisadçı İlqar Əsədov aydınlıq gətirir.

Müəssisə təsisçinin xeyrinə köçürmə edərkən mühasib bilməlidir ki, fəaliyyət zamanı əldə edilmiş aktivlərin, o cümlədən pul vəsaitlərinin (təsisçiyə borcların verilməsi və ya alınmış borcların əvəzinin qaytarılması istisna olmaqla) təsərrüfat fəaliyyətinin məqsədlərindən kənar digər təsisçiyə verilməsi, habelə təsisçinin digər şəxslərə olan borclarının əvəzinin ödənilməsi vergitutma məqsədləri üçün dividend ödəmələrinə bərabər hesab edilir. Bu zaman qanunvericiliyə uyğun olaraq ödəmə mənbəyində 10 faiz vergi tutulur.

Vergi Məcəlləsinin 122.2-ci maddəsinə görə, dividendin faktiki sahibi olan fiziki və hüquqi şəxslərdən dividendə görə vergi tutulmuşdursa, dividendi alan fiziki və hüquqi şəxslərin həmin gəlirindən bir daha vergi tutulmur və həmin gəlir yenidən dividend şəklində verilən zaman vergiyə cəlb olunmur.

Misal: Hüquqi şəxs 3.600 manat məbləğində dividendin faktiki sahibi olmuş və vergi qanunvericiliyinə əsasən 360 manat vergi tutulmuşdur. Hüquqi şəxs daha sonra həmin gəliri yenidən dividend şəklində fiziki şəxsə vermişdir. Bu hüquqi şəxsin dividend nəzərə alınmadan, ümumi gəliri 31.200 manat , gəlirdən çıxılan xərcləri isə 14.800 manat olarsa, dividend nəzərə alınmaqla, dövlət büdcəsinə ödəniləcək mənfəət vergisinin məbləği nə qədər olur?

Dividendin faktiki sahibi olan hüquqi şəxslərdən vergi tutulmuşdursa, dividendi alan hüquqi şəxslərin həmin gəlirindən bir daha vergi tutulmur. Həmin gəlir yenidən dividend şəklində verilən zaman vergiyə cəlb olunmur.

Bu halda, hüquqi şəxsin dövlət büdcəsinə ödəniləcək mənfəət vergisinin məbləği belə hesablanır:

31.200 - 14.800 = 16.400 manat

16.400 x 20% = 3.280 manat.

Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri