7 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Tibb işçilərinə ödənilən əlavələrdən gəlir vergisi tutulurmu?

Tibb işçilərinə ödənilən əlavələrdən gəlir vergisi tutulurmu?

Koronavirusla əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əmək haqlarına müddətli əlavədən gəlir vergisi tutulurmu?

Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 98.1-ci maddəsinə əsasən, fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir - əməkhaqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlirdir. Əməkhaqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir.

Əmək Məcəlləsinin 157-ci maddəsinin müddəalarına əsasən, işçilərin əməyi vaxtamuzd, işəmuzd və əməyin ödənilməsinin digər sistemləri ilə ödənilir. Əməyin ödənilməsi işin fərdi və kollektiv nəticələrinə görə aparıla bilər. Əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsində, istehsalın səmərəliliyinin və işin keyfiyyətinin artırılmasında işçilərin maddi marağını gücləndirmək məqsədilə mükafatlandırma, o cümlədən il ərzində işin yekunlarına görə mükafat və maddi həvəsləndirmənin digər formaları tətbiq edilə bilər.

“Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 mart 2020-ci il tarixli Sərəncamına əsasən, yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əmək haqlarına aylıq vəzifə (tarif) maaşının 3–5 mislinədək miqdarda müddətli əlavə müəyyən edilıb.

Dövlət tibb müəssisələrində çalışan işçilərin əmək haqlarına qeyd olunan əlavələrin vergidən azad olması qanunvericilikdə nəzərdə tutulmayıb. Buna əsasən, dövlət tibb müəssisələrində çalışan işçilərə ödənilən əməkhaqqına qeyd olunan əlavələr həmin şəxslərin muzdlu işdən əldə olunan gəliri kimi ümumi qaydada vergiyə cəlb olunur.

Eyni zamanda muzdlu işlə əlaqədar alınan gəlirlər üzrə vergilərin hesablanması Vergi Məcəlləsinin 150.3.1-ci maddəsinə əsasən, gəlirin ödənilməsi vaxtı ilə deyil, gəlirin hesablandığı vaxt ilə müəyyən edilir.

Belə ki, Vergi Məcəlləsinin 150.3.1-ci maddəsinin müddəalarına əsasən, bu Məcəllənin 150.1.1, 150.1.2, 150.1.8 və 150.1.17-ci maddələrinə uyğun olaraq fiziki şəxslərin hesablanmış aylıq gəlirinə gəlir vergisini hesablamaq və hesablanmış vergini növbəti ayın 20-dən gec olmayaraq büdcəyə köçürmək gəliri ödəyən şəxslərin öhdəliyidir.

Buna əsasən, dövlət tibb müəssisələrində çalışan işçilərə ödənilən əlavələr aid olduğu ayın gəlirləri ilə birlikdə vergiyə cəlb olunur.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?