23 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Gecikdirilmiş və təqdim edilməyən bəyannamələrlə bağlı qaydalar təsdiqlənib

Gecikdirilmiş və təqdim edilməyən bəyannamələrlə bağlı qaydalar təsdiqlənib

Vergilər naziri Mikayıl Cabbarovun imzaladığı "Vaxtından gec olmaqla təqdim edilən və təqdim edilməmiş bəyannamələr, hesabatlar və arayışlar ilə bağlı qaydalar"ın təsdiq edilməsi barədə əmrdə vergi orqanlarının müvafiq struktur şöbəsinin (bölməsinin) rəhbərinə bəyannamələrini, hesabat və ya arayışları təqdim etməyən vergi ödəyicilərinə xəbərdarlıqların göndərilməsi üçün müvafiq tədbirlər görmək tapşırılır. Xəbərdarlıq məktubunda vergi orqanının adı; vergi ödəyicisi fiziki şəxsin adı, soyadı, atasının adı, VÖEN-i; hüquqi şəxsin adı, VÖEN-i, ünvanı, hüquqi şəxsin rəhbərinin adı, soyadı, atasının adı, təqdim edilməmiş bəyannamənin adı, dövrü və bəyannamənin Vergi Məcəlləsinə əsasən təqdim edilməli olduğu son tarixi göstərilir.

Məktubda, həmçinin, vergi ödəyicisindən bəyannamənin təcili olaraq təqdim edilməsi tələb olunur. Əks halda, Vergi Məcəlləsinin 38.3.1-ci və 83-cü maddələrinə müvafiq olaraq, növbədənkənar səyyar vergi yoxlaması keçiriləcəyi və ya əlaqəli məlumatlar əsasında vergi hesablanacağı, habelə məsuliyyət məsələsinə baxılması ilə əlaqədar 10 gün müddətində vergi orqanına özünün və ya səlahiyyətli nümayəndəsinin dəvət edilməsi, üzürsüz səbəbdən iştirak etməyəcəyi təqdirdə, məsuliyyət məsələsinə onun iştirakı olmadan baxılacağı bildirilir.

Elxan SALAHOV

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?